MTN-in yalan İbad Hüseynov mifi və Saxtakarlıq


 

monte melk

Qısa arayış: “Avo” ləqəbli erməni Monte Melkonyan 1957-ci ildə ABŞ-nin Kaliforniya ştatının Vizaliya şəhərində doğulub, Berkli Universitetini “Arxelogiya və Asiyanın tarixi” üzrə bitirib. 1978-ci ildə Beyruta gedib ermənilərin Burc Xamud dəstəsində döyüşüb, iki il sonra ASALA-da hərbi təlim keçib, Romada, Afinada, Parisdə türk səfirliklərinə qarşı əməliyyatlarda iştirak edib, 1985-ci ildə Fransa məhkəməsi tərəfindən 6 il аzadlıqdan məhrum edilib. 1989-cu ilin əvvəlində azad edilib və Cənubi Yəmənə sürgün olunub. 1990-cı ildən Monte Melkonyan Ermənistanın Azərbaycana ərazi iddialarıyla başlanan Qarabağ müharibəsinə qatılıb. Buzluq, Manaşid, Ərkəc, Ağdam kəndlərindəki döyüşlərdə iştirak edib. Ermənilərin Martuni istiqamətində olan hərbi hissələrinin briqada komandir idi. 1993-cü ilin 12 iyununda Mərzili kəndində Azərbaycan ordusunun əsgərləri tərəfindən öldürülüb.

mont

Bir həftə ölümüylə bağlı matəm elan olunan terrorçu iyunun 19-da İrəvanda dəfn edilib. Onun İrəvanda abidəsi qoyulub, adına hərbi hissə, məktəb və universitet var, özü “Arsax qəhrəmanı”, “Qızıl qartal” ordenləriylə mükafatlandırılıb.

Beləliklə, ötən ilin oktyabrında televiziya kanalları, çap mediası,  “Turan” İA, “mediaforum” saytlarında Monte Melkonyanın öldürülməsi barədə fikirlərlə tanış olanda məlum oldu bu diskussiyalar hələ “Gün səhər” qəzetinin 2005-ci ilin 9 iyul tarixli sayında jurnalist Şahin Hacıyevin araşdırmasından başladı. Onun məqaləsinə iyulun 23-də “525-ci qəzet”də S.Səfərov imzasıyla “Monte Melkonyanın məhvilə bağlı gerçəkliklər” başlıqlı yazıyla cavab verildi. Müəllifin suallarına terrorçunu öldürdüyünü iddia edən İbad Hüseynov (Vüqar Həsənov şərti adı altında) məsələlərə aydınlıq gətirirdi. Və… bundan sonra yaranan 5 illik sükutu MTN-nin dəstəyiylə “Lider” kanalının jurnalisti Etibar Məmmədov “Əsgər” sənədli filmiylə pozur. Bu, İbad Hüseynov ətrafında yaranan mifə təsir edir və müəyyən qədər aydınlıq yaranır. Film “Avo” ləqəbli erməni terrorçunun Azərbaycan kəşfiyyatçısı İbad Hüseynov tərəfindən öldürüldüyünü “sübut” etməyə cəhd edir, amma “qaş qayırdığı yerdə göz”də çıxardır. Çünki 708-ci briqadanın döyüşçülərinin bəyanatı, uzun illər Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə rəhbərlik edən general-leytenant Talıb Məmmədovun açıqlamaları, xüsusən də İbad Hüseynovun və tərəfdarlarının fikirlərindəki ziddiyyətlər fərqli mənzərə yaratdı.

Qısa arayış: İbad Hüseynov 1970-ci ilin 18 oktyabrında doğulub, Dağlıq Qarabağda ilk toqquşmaların başlandığı zaman Amurda sovet ordusunda qulluq edirdi. 1990-cı ilin oktyabrında Azərbaycana qayıtdıqdan sonra doğma Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə birləşmələrinə goşulur. 1992-ci ilin mayından iyuna qədər 724 saylı hərbi hissədə əsgər olub. 16 iyundan dekabra qədər 831 saylı hərbi hissədə vuruşub, sonra bu hərbi hissə dağıldığından əsgərləri 702-ci briqadanın tərkibinə veriblər. 1993-cü ilin avqustun 6-da 161 saylı hərbi hissə (Ağcabədi alayı) yaradılanda İbad Hüseynov hissəyə serjant rütbəsində dag-atici taqım komandirinin müavini kimi daxil olub. 1996-cı ildə tibb məntəqəsində sürücü kimi çalışıb, 1997-ci ildə ona baş çavuş rütbəsi verilərək ehtiyata buraxılıb. “Azərbaycan bayrağı” ordeniylə mükafatlandırılıb. Haqqında 2010-cu ildə “Əsgər” sənədli filmi çəkilib.

Xüsusi xatırlatma: İbad Hüseynovun qardaşı Eyvaz Hüseynov 1992-ci ildən indiyə qədər Xocavənd rayon icra hakimiyyətinin başçısıdır. Əslində İbad Hüseynov haqqında mifin yaradılmasında icra başçısı olan qardaşının xidməti danılmazdır…

İbad Hüseynovun zamana və məkana istinad olunan özünü təkzibi

“525-ci qəzet”in xatırlatdığımız məqaləsində bildirilir ki, 1993-cü ilin iyunun 12-si axşam Rusiya televiziyasının xəbərlər proqramında Monte Melkonyanın “azərbaycanlı boevik”lərlə döyüşdə qəhrəmancasına həlak olması barədə xəbər verilib, ölənin sifəti görüntüyə gələndə Vüqarı (İbadovu-red) və onunla əməliyyatdan qayıtmış kəşfiyyatçı dostlarını sanki ildırım vurdu, elə bil yuxudan ayıldılar. Yanındakılardan birini onun “ştabdakı veş-meşok”unu gətirməyə göndərən Vüqar qara qan süzülməkdə olan əsgər çantasının ağzını silkələyəndə onların az əvvəl keçirdikləri şoku başqa döyüşçülər də yaşadılar. Qana bulaşmış yarıkeçəl, dərisi qapqara qaralsa da, sifət cizgiləri hələ də yerində qalan bu kəllə bir neçə dəqiqə əvvəl ekranda gördükləri erməninin – Monte Melkonyanın başı idi…

İbad Hüseynovun birinci özünü təkzibi: sitat gətirdiyimiz sətirlər İbad Hüseynovun vikepediya səhifəsində aşağıda yazılanların əksidir: “Monte Melkonyan öldürüldükdən sonra qənimət kimi İbad özü ilə silah, şəkillə bloknot, çəkmə, siqaret və qələm götürür. Öz hərbi hissəsinə gəldikdən sonra İbad komandirin otağına daxil olaraq: “Məndə sizin üçün suvenir var!” deyir və torbada olanlarını masaya düzür. Komandir dərhal hərbi hissəni düzür və xəbəri bütün şəxsi heyətə açıqlayır”.

İbad Hüseynovun ikinci özünü təkzibi: “Azərbaycan bayrağı” ordeni alan hərbçi haqqında MTN-nin dəstəyiylə çəkilən “Əsgər” filmi: ermənilərin “Avo” ləqəbli komandiri olması haqda kəşfiyyat məlumatı var idi və İbadın qrupunu xüsusi olaraq onu aradan qaldırmaq üçün göndəriblər. “Avo”nu görən İbad və silahdaşları onu tanıyıb və hücuma keçməyi qərara alıblar.

Döyüş yoldaşları İbad Hüseynovu təkzib edir

Ötən ilin oktyabrın 24-də onların yaydıqları bəyanatda hadisənin həm tarixi, həm də MTN-in əməliyyat hazırlanmasıyla bağlı daha ciddi ziddiyyət üzə çıxır. Açıqlamada deyilir: iyunun 10-da İbad Hüseynovun başçılıq etdiyi kəşfiyyat bölüyü düşmən arxasına keçib və iyunun 12-də Melkonyan qətlə yetirildikdən sonra, iyunun 13-də çox böyük çətinliklər hesabına geri qayıda bilib. Əməliyyat zamanı ermənilərdən əldə olunmuş qənimət korpus komandirinin stolunun  üzərinə qoyulub.

Əks-arqument: Əgər İ.Hüseynov iyunun 13-də əməliyyatdan qayıdıbsa, Melkonyanı öldürməsi xəbərini “525-ci qəzet”də dediyi kimi iyunun 12-də Rusiya kanalından necə eşidib? 1992-ci ildən 1994-cü ilə qədər Müdafiə Nazirliyinin 708-ci briqadasının komandir müavini olmuş Ümidvar Mirzəyev Turan İA-a bildirib ki, iyunun 12-də Rusiya kanalı Melkonyanın öldürülməsi haqqında məlumatı yaya bilməzdi: “Çünki ermənilər Melkonyanın öldüyünü dərhal açıqlamayıb və terrorçunu iyunun  19-da dəfn ediblər. Yalnız bundan sonra “Frans-press” agentliyi və “Komsomolskaya pravda” terrorçunun öldüyü barədə xəbər yayıb. Odur ki, nə İbad, nə də onun dostları iyunun 12-də Moskva televiziyasında məlumat eşidə və Melkonyanın üzünü görə bilməzdi”.

 

 

Saxta baş, yoxsa saxta şəkil?

“525-ci qəzet”də və filmdə, Melkonyanın başının kəsildiyi bildirilirTəsəvvür edin ki, yayın isti ayı iyunda meyiti bir həftə saxlayıb ona baş tikirlər, bu mümkündürmü? Axı dəfndə atası, anası, qardaşı, həyat yoldaşı olub və cənazənin üstü açıq olubsa, bu dərəcədə saxtakarlığa yol vermək ayıbdır cənablar! Bizə gülərlər! Həm də “525-ci qəzet”də İ.Hüseynovun özüylə birgə təqdim etdiyi baş şəkliylə Monte Melkonyanın şəkillərini müqayisə etdikdə tamam fərqli mənzərə görürük.

Montenin öldürülməsində iştirak edən 2 unudulan şəhidimiz

Melkonyanın Muğanlıda öldürülməsi barədə İ.Hüseynovun və tərəfdarlarının söylədikləri təsdiqlənmir. Terrorçunun öldürülməsi döyüşünün iştirakçılarından Xətai Baxışov  “Turan”a  bildirib ki, Muğanlı, Kurapatkin və Əmirallar kəndi döyüş zonasından 15 kilometr kənardadır və həmin vaxt ermənilərin nəzarətində olub: “Ermənilər iyunun 12-də Mərzili istiqamətində hücuma başlayıblarsa, İbad Hüseynov Muğanlıda necə ola bilərdi? İyunun 12-də Ağdamın sol cinahında Mərzili-Novruzlu-Yusifcanlı xətti boyunca ağır döyüşlər gedirdi. Bu, erməni qüvvələrinin əsas zərbə istiqamətindəydi və hücuma Melkonyan komandanlıq edirdisə, bu zaman o, harada ola bilərdi? Monte kəndə içində bir neçə hərbçi olan UAZ-la daxil olub. Həmin məqamda bizim PDM maşını atəşə tutanda Monte yerə tullanıb və daş hasarın arxasında gizlənməyə çalışıb. Lakin PDM-dən açılan atəş nəticəsində mərmi qəlpələri onu başından ölümcül yaralayıb. Döyüşdə Montenin müavini polkovnik Saribeq Martirosyan da ölüb. Melkonyanın maşınını atəşə tutan PDM ekipajı üç nəfərdən ibarət idi, onlardan ikisi – Şaiq Kəlbiyev (Biləsuvar) və Asəf Mütəllimov (Neftçala) qəhrəmancasına şəhid olublar. Həmin döyüşün iştirakçılarından Azəddin Musayev hazırda ordumuzda xidmət edir”.

Ən maraqlı məqam odur ki, M.Melkonyanın qardaşı Markar Melkonyanda onun Mərzili də öldürüldüyünü təsdiqləyir.

Burada əsas məqsəd MTN -nin Prezident Ilham  Əliyevi aldadaraq onun  yaninda hörmət qazanmaq  bundan sonra rahat şəkildə istədiklərini ölkə ərazisində həyata kecirmək olub

Əslində isə İbadın nümayiş etdirdiyi   baş bir zamanlar əsir düşmüş MTN də saxlanılan və MTN çilər tərəfindən  başı kəsilən sadə Martuni sakini  olan mülki şəxs Robert Babajanyanın başı idi

Fuad Agayev