Bloqer MTN cagrilaraq susturuldu


Bu gün 06 aprel 2015 il tarixdə Tərəfinfo qəzetinin redaksıyasına zəng edən AXCP üzvü  Karasu şirkətinin mühəndıs texnologu Fuad Agayev bildirdi ki bir müddət əvvəl MTN tərəfinfən təhtid olundu və sonra MTN-ə cagrilaraq  Anti Teror Mərkəzinin Rəisi İlqar tərəfindən ölümünə döyülübdür

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 3 cü şöbəsinin rəisi Rəsul Rəsulov Karasu Əməliyyat Şirkətinin AzəriGazBankdakı hesablarından mənimsənilən büdcə pulları ilə baglə məlumatın Fuad Agayevə kim tərəfindən verilməsini tələb edib və bildirilib ki korrupsiya faktlarının oldugu  sənədlər MTN-ə təhvil verilmədiyi halda onun üzərinə narkotik vasitə qoyulub cinayyət işi acdıracaqlar

Məsələnin  mahiyyəti oradan qaynaqlanıb ki Fuad Agayev siyasi ictimai fealiyyətlə məşqul oldugundan həmdə Karasu Şirkətində baş verən korrupsiya faktlarini ictimayiləşdırdıyı ücün şirkətin rəhbərliyi tərəfindən ciddi təzyiqlərə  məruz qalıb

İş o yerə catib ki  , 27 mart ayinin 2015 tarixdə Karasu ƏŞ vitse prezidenti İslam Ovciyev (Akif Covdarovun qohumu)  Fuad Agayevin 050 24401 63 mobil nömrəsinə  İslam Ovciyev    xidməti 050223 4050 nömrəsindən saat 19.00 radələrində zəng edərək təcili şirkət rəhbərliyi və MTN -lə əlaqəsi olan bəzi şəxslərin ,ARDNŞ-Rəhbərlərinin bəzi şəxslərinin  o cümlədən Global Energy Şirkətinin rəhbərlərinin ,təhlükəsizlik xitmətinin rəisi Vuqar Rasulov (Rasul Rasulovun qardasi) haqqinda tənqidi yazılara son qoymasını tələb edib.

Əks təqdirdə , başın agrayacaq deyərək telefonu qapadıb.

Xatırladırıq ki, İslam Ovcuyev Karasu ƏŞ sosial məsələlər üzrə vitse prezidenti vəzifəsində calışır.

31.03.2015 il tarixdə MTN -nin 3 İdarəsinin 6 söbəsindən  Vuqar adli əməkdaş   Fuad Agayevı hədələyib.

Məlum olub ki Karasu Əş-nin Nəqliyyat bölməsinin rəisi Adil Bəylərov onun MTN də əməliyyatci vəzifəsində işləyən oglu İlkin Bəylərova Fuad Agayevin xidməti telefon nömrəsini verərək sonuncu şəxsin telefonunu dinlətdirib

02 aprel 2015 ildə Fuad Agayev Karasu Şirkətinin prezidenti İqor Gutuyev tərəfindən  xidməti otagına cagırılaraq heç bir argument gətirmədən onun işdən azad edilməsi əmrini söyləyib

İqor Gutuyev bildirib ki Fuad Agayevin işdən çixarilması şirkət rəhbərliyinin  qərarı olsada ama bu  onun mövcud sirf siyasi baxışları və internetdə gedən tənqidi fikirləri ilə baglidır və onun işdən çıxarılması bir başa   MTN rəhbərliyi tərəfindən Neft  şirkəti rəhbərliyinə gizli verilən xüsusi göstərişdır.

Bu göstərişı kim verib deyə Fuad Agayev sual etdikdə

İqor Gutuyev -bunun cavabını İslam Ovciyev və Vuqar Rasulov daha yaxşı bilir deyə cavablandırıb.

Fuad Agayev bizə bildirdi ki, İslam Ovciyevə zəng etsədə o teıefona cavab vermədi.

Bundan 2 gün sonra 03.04.2015 tarixdə   994502058571 nömrəsindən Fuad Agayevə  zəng vuraraq özünü MTN nin əməkdaşı kimi təqdim edən  şəxs onun  04 aprel tarixində saat 10.00  MTN olmasını tələb edib.

MTN-ə cagirilan Fuad Agayev heç bir səbəb göstərilmədən anti teror mərkəzinin rəis müavini İlqar və MTN nəqliyyat və energetika sahələri üzrə söbəsinin işçiləri tərəfindən döyülərək təhqir təhtidlərə və işkəncələrə məruz qalib

fu
Fuad döyülmədən sonrakı  görüntülər 06 aprel  2015

Məlum olub ki Fuad Agayevin  korrupsiya  dövlət əmlakinin ogurlanması faktıarinda təqsirləndirdiyi şəxslərdən biri Global Energy şirkətinin mühafizə xidmətinin rəisi Vuqar Rasulov MTN nin  nəqliyyat və energetika sahələri üzrə söbəsinin rəisi Rasul Rasulovun dogma qardaşıymış

Bundan başqa  Vuqar Rasulovun digər qardaşı isə MTN  naziri Eldar Mahmudovun əmisi qizi ilə evlidir.

Bloqerdən onun siyasi fəaliyyətinin daim nəzarətdə olaraq izlənəcəyi və bundan sonra onun tənqidi yazılarına son qoyulması şərt qoyulub bu məsələnin ictimayiləşdiyi halda onun həbs olunacaqi gündəmə gələcəkdir deyə onu evə buraxıblar.

Başına gələnlərdən şok yaşayan himayəsində iki azyaşlı uşagı olan ata sarsıntı və cox pis qorxu şoku yaşayıb.

20150404_121848

Bloger hadisə ilə bagli Azadlq radiosu Azadliq qəzetinə və Vritual.org portallarına müsahibə verib