ELDAR MAHMUDOVLA “QARASU” ƏMƏLİYYAT ŞİRKƏTİNİ NƏ BİRLƏŞDİRİR?


download
1 noyabr parlament seçkilərinə sayılı günlər qalan zaman ölkənin milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad edilməsi gündəmi hələ də zəbt etməkdədir. Sabiq nazirin ev dustağı oldu, eyni zamanda MTN-nin 6-cı mərtəbəsində saxlanıldığı haqqında da məlumatlar yayılıb. Maraqlıdır ki, Eldar Mahmudovun vəzifədən azad olunmasının səbəblərindən biri kimi MDB dövlət başçılarının son görüşü zamanı Rusiya prezidenti Vladimir Putinin ciddi faktları Azərbaycan prezidenti İlham Əliyevə verdiyi də bildirilir. Bundan başqa Eldar Mahmudovun vəzifəsindən alınmasında əsas amillərdən biri kimi onun hakimiyyətdaxili qruplaşmada uzun illərdir təmsil olunduğu qrupa arxa çevirərək başqa bir qrupa keçməsi də göstərilir. Mediada Eldar Mahmudovun nazir ola-ola müxtəlif cinayət hadisələrinə göz yumduğu ilə bağlı da məlumatlar yer almaqdadır.

Eldar Mahmudovun “Rusneft” şirkətinin aktivlərini alaraq 85 faiz pay sahibi “Global Investment Energy“şirkətinin tərkibindəki «Qarasu» Əməliyyat Şirkətində baş verən qanundankənar hallarda da adı hallanır. Məlumata görə, Eldar Mahmudov qeyd olunan şirkətdə baş verənlərə qardaşının qudasının oğlu, sabiq MTN-nin əməkdaşı Global Energy şirkətinin Təhlükəsizlik üzrə Meneceri  Vuqar Rəsulov nəzarət edirmiş. Vuqar Rəsulovun əmisi Rəsul Rəsulovun yəni  Eldar Mahmudovun qardaşının qudasının  MTN-də  6 idarənin 3 cü söbəsinin rəisi olduğu deyilir.
O da qeyd edilir ki, «Qarasu» Əməliyyat Şirkətində baş verən qanun pozuntuları,pesəkar kadrlarinin  qeyri-qanuni işdən çıxarmalari, işçilərə qarşı təhdidlər   hədə qorxu gəlmələr eyni zamanda  Karasu Şirkətinə məxsus AYDİKO, UPA-1, UPA-2 qazma qurğularının ölkədən qanunsuz çıxarılaraq AKTAU limanına aparılması kimi cinayətlərə MTN-nin göz yummasının səbəbi, məhz MTN-də idarə rəisi olduğu iddia edilən qardaşının qudası  Rəsul Rəsulov olub.

Məlumata görə, “Global Investment Energy”in tərkibindəki «Qarasu» Əməliyyat Şirkətində baş verənlərlə bağlı dəfələrlə MTN-ə məxfi qrifdə məlumatlar göndərilməsinə baxmayaraq şirkətlə bağlı hansısa ölçü götürülməyib. Bu işdə isə Vüqar Rəsulov kilid rolu oynayıb ki, göndərilən məlumatlar haqqında birbaşa MTN-də işlədiyi iddia edilən atası Rəsulova xəbər çatdırırmış və beləliklə də, “Global Investment Energy”in tərkibindəki «Qarasu» Əməliyyat Şirkətində baş verən qanunsuzluqlar, oğurluq halları necə var elə də gizlədilirmiş.

Məlumatın nə qədər doğru olub-olmadığını deyə bilməsək də, Vuqar Rəsulovun Eldar Mahmudovun qardaşının qudasının oğlu olması və sabiq MTN-nin əməkdaşı olması bir çox məqama aydınlıq gətirə biləcək amil hesab edilə bilər. Eldar Mahmudovun “Global  Energy”in tərkibindəki «Qarasu» Əməliyyat Şirkəti ilə doğrudan qardaşının qudası vasitəsilə hansısa əlaqəsinin olub-olmadığını isə yəqin ki, Hüquq Muhafizə orqanları və MTN-nin müvafiq şöbələri araşdırmalıdır.

Fuad Agayev

One comment

  1. […] Tıkla oxu –  MTNŞİKLƏRİ QARASU” ƏMƏLİYYAT ŞİRKƏTİNƏ NƏ BİRLƏŞDİRİR? Mügənni Mətanət İsəndərlinin KİV-də MTN generalı Akif Çovdarov haqqında son acıqlamaları həqiqətə uygun deyildi, o, cinayətkar şəbəkənin – Hilal Əsədovun dili ilə danışır. Nə qədər ki Hilal Əsədov və mügənni Mətanət İsgəndərli azadlıqdadırlar heç bir vaxt Akif Çovdarovun ”MTN İşi” cinayətlərinə həqiqi və obyektiv hüquqi qiymət verilə bilməz. Onların hər ikisinin Akiv Çovdarovla birlikdə məhkəmə məsuliyyətinə cəlb olunmasını tələb edirəm. Belə məlum olur ki, ”MTN İşi”ni aparan Prokurorlugun İstintaq Komissiyası Prezidentin ”MTN Işi” haqqında xüsusi sərəncamın saymr. Onun ücün hələdə əsas Azərbaycanda adam ogurligu ilə məşgul olan mütəşəkkil cinaytkr şəbəkənin əmirləridi… !? […]

    Like

Comments are closed.