Cəlal Əliyev: bir ölkənin ki, başında Paşayevlər ailəsi durub, ölkənin gələcəyi yoxdur


Akademik Arif Paşayev “İlin mühəndisi” fəxri diplomu və xatirə medalı ilə təltif olunub. Qızı dünən ilin idmançısı adını almışdı. Bəs İlham? Ona ad günündə ilin adı verilmədi? Ayıbdır. Heç olmasa ilin ən bivec lideri adına layiq görülsün.Ölkənin güclü mafioz ailələrindən biri olan “Paşayevlərin” bir nümayəndəsidir,iradəsiz  Azərbaycan prezidentinə tam bu ailə kontrol edir.

Bu sözləri Prezident İlham Əliyevin dogma əmisi Cəlal Əliyev söyləyib.

Paşayev ailəsinin digər üzvləri hökümətdə və elmdə mühüm yerlər tutublar. Mehriban Əliyevanın əmisi Azərbaycanın ABŞ-dakı keçmiş səfiri, Diplomatiya Akademiyasinin rektoru Hafiz Paşayevdir. Fizika və riyaziyyat sahəsində elmi biliyi olmayan amma elmi  dərəcəyə sahib olan  Arif Paşayev Milli Aviasiya Akademiyasının rektorudur. Bacısı Nərgiz Paşayeva Moskva Dövlət Universitetinin Bakı bölməsinin rektoruı, həm də “Nərgiz” adlı moda jurnalının sahibidir. Paşa Bank, Paşa Siğorta, Paşa Construction, Paşa Travel adlı şirkətlər, Lider TV və Nərgiz kosmetika firması da Paşayev ailəsinə məxsusdur.

Ilham Əliyevin əmisi  mərhum akademik  Cəlal Əliyev demişdi: Bir ölkənin ki, başında Paşayevlər ailəsi durub, ölkənin gələcəyi yoxdur.Ilham Əliyevi İlham Paşayev adlandirmişdi.

EAN