Avropa Azərbaycanlıları Milli Birlik Şurasi bəyanət yaydı


c34

Avropa  Azərbaycanlıları  Milli Birlik Şurasi və Beynəlxalq Haqq & Ədalət Teskilatı  Azərbaycan Xarici işlər Nazirinin  müavini Araz Əzimovun   Suriyanin Diktator, Əsad rejimini dəstəkləməsinə etiraz  edir!
Azərbaycan Xarici işlər Nazirliyinin müavini Araz Əzimov Vyanada verdiyi müsahibə ilə dünya dövlətlərini  təcübləndirib.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bu günlərdə Vyanaya səfər edib və xəbər verildiyi kimi,bu  yüksək vəzifəli diplomat ATƏT-in Daimi Şurasının toplantısında iştirak edib.

Belə ki  Araz Əzimov Vyanada verdiyi müsahibə   Suryada savaşinda yüz minlərlə sivil xalqin ölümündə günahkar sayılan  Bəşər Əsədi prezident kimi hazırda Suriyanin ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantı olaraq gördüyünü söyləmişdir.

Nəzərə alsaq ki, Ayərbaycani da 23 ildir Suriyədə oldugu kimi totalitar rejim idarə edir və bu səbəbdən burada coxda təccüblü bir şey görmürük , lakin məsələ qardaş ölkə Türkiyə və Suriyadə beş ildir qətliama məruz qalan sivil xalq oldugu üçün Əliyev rejiminin bu cürə davranişini xəyanət olaraq dəyərləndiririk deyə AAMBŞ sədri Qabil Rzayev bildirmişdir.

Göründüyü kimi Əliyev rejimi tərəfini coxdan bəri zalim Rusiya,İran və Əsad rejimindən yana müəyyən etsədə, hələdə Türkiyə ilə özünün çoxdan iflasa ugramiş „Balans Siyasətini“ oynamaq istəyir.
Bu gün  Azərbaycan iqtidarinin münasibətini  rəsmi şəkildə elan etməsi gərəkir.

Avropa Azərbazcanlilari Milli Birlik Şurasi və beynəlxalq Haqq & Ədalət Teşkilatlari olaraq bəyan edirik ki, əgər Əliyev rejimi Suriyə krizində və  qardaş Türkiyəni bir başa əlaqədar edən digər beynəlxalq konfiktlərdə rəsmi şəkildə Türkiyənin yaninda yer aldigini bəyan edərsə, biz AAMBŞ və Haqq & Ədalət Təşkilatlari olaraq  Suriya  krizinin sonuna qədər Əliyev rejiminə qarşı müxalif mövqeyimizi donduracagiq.

Hörmətlə, Qabil Rzayev,

Avropa Azərbaycanlilari Milli Birlik Şurasinin Sədri,
İsvecrə, Cenevrə Şəhəri
17 Fevral 2016.