Son bir ildə Əliyev administrasiyasının üç əsas sütunü fəlakətə uğradı


 

Bunların  arxasında son zamanlar rejimə qarşı düşmənçiliyi daha da aydın olan Obama və Putin administrasiyasının Azərbaycanla baxışlarının üst-üstə düşməsi durur

Maliyyə naziri Samir Şərifovun üçqat casus – Rusiya, ABŞ və Türkiyə casusu kimi ifşa olunması neft qiymətlərinin düşməsindən, bank-maliyyə sisteminin çökməsindən və rejimin dayağının – Milli Təhlükəsizlik Nazirliyinin sökülməsindən sonra, çox güman ki, Azərbaycan üçün ən sarsıdıcı hadisə oldu.

Şərifov martın 10-dan 16-na qədər dünyanın istiqrazların yerləşdirilməsi üzrə səlahiyyətlərin artıq CitiBank, UniCredit, JP Morgan banklarına verildiyi əsas maliyyə mərkəzlərində “Cənub Qaz Dəhlizi” üçün 2 mlrd. məbləğində istiqrazların road-show-sunu həyata keçirmək üçün göydən Amerika torpaqlarına endiyi anda üçqat casus elan edildi.

ABŞ-da yaşayan keçmiş sovet kəşfiyyatçısı Yuri Şvets martın 9-da gordonua.com saytına müsahibəsində qeyd edir ki, Şərifov əvvəlcə SSRİ, daha sonra isə Türkiyə və ABŞ kəşfiyyatı tərəfindən cəlb olunub. Sonradan o, Rusiyanın Xarici Kəşfiyyat Xidməti ilə sıx əməkdaşlıq edib. Üçqat casus versiyası Şvetsin işıq üzü görəcək yeni kitabında əksini tapıb.

Şvets əsas diqqəti Azərbaycanda bir müddətdir artıq ekspert dairələrində müzakirə olunan Şərifovun baş nazir vəzifəsində potensial şanslarına çəkir. Azərbaycanda da bunu duyurlar, bir sıra ekspertlər Moskvanın Şərifovun 81 yaşlı Artur-Rasizadənin tutduğu baş nazir vəzifəsinə təyin olunmasına yol verməmək cəhdini seziblər. Keçmiş MTN əməkdaşı Ərəstun Oruclu Şvetsin iddialarını şübhə altına alır, “belə bir kompromatın ortaya çıxmasının Şərifovun daha yüksək vəzifəyə təyin edilməsi ehtimalı ilə bağlı ola biləcəyini” qeyd edir.

Lakin Avropada məskünlaşan və mövqeyinə görə qəzəbə gəlmiş Azərbaycan diplomatı Arif Məmmədov Şvetsin gəldiyi nəticələri əsaslı hesab edir. “Ölkədə dövlətə qarşı işləyən çox nüfuzlu şəbəkə var. Bu şəbəkəyə ən nüfuzlu şəxslər – nazirlər, nazir müavinləri, prezident administasiyasının yüksək vəzifəli nümayəndələri daxildir. Keçmiş MTN rəhbəri Eldar Mahmudov da bu faktları bilirdi və rəhbrəliyə müvafiq məruzə etmişdi. Yaxın gələcəkdə daha dəhşətli satqınlıqlar haqqında faktlar üzə çıxacaq”, deyə Arif Məmmədov öz facebook səhifəsində yazıb.

Şərifovun hələ ilk növbədə maliyyə nazirinin özü tərəfindən sübut və ya təkzib edilməli olan ifşası İlham Əliyevin 2015-ci ilin əvvəllərində dünyada neft qiymətlərinin ucuzlaşmasından sonra seytnot şəraitində fəaliyyət göstərən prezident administrasiyası üçün heç də münasib vaxtda baş verməyib.

Son bir ildə Əliyev administrasiyasının üç əsas sütunü – neft, maliyyə sistemi, habelə rejimin təhlükəsizlik sistemi – MTN fəlakətə uğradı. Birləşmiş Ştatların metodik, amma uğursuz bir şəkildə Əliyevi demokratik və hüquqi dövlətə doğru əyməyə çalışdığı şəraitdə hər üç fəlakət ardıcıl xarakter daşıdı.

Şvets tərəfindən partladılmış növbəti geç açılan mina son hadisələrin ssenarisinə çox yaxşı uyğunlaşır və Əliyev administrasiyasının genişmiqyaslı problemlərinin bir hissəsi olmaq iddiası daşıyır. Bu o mənaya gələ bilər ki, Əliyevin sistemdənkənar islahat qərarları sürətinə və səmərəliliyinə görə qeyri-kafi və müəyyən dərəcədə gecikmiş hesab olunur.

Keçmiş sovet casusunun müsahibəsi dolayısıyla avtoritar rejimin xarici siyasətini həyata keçirən sistemə – ötən il qalmaqallı ifşalardan sonra zəifləyən XİN-ə də zərbə vurur. Təsadüfi deyil ki, burada təsir agentləri kimi xarici işlər nazirinin müavini Xələf Xələfovun və yüksək səviyyədə Rusiya-Azərbaycan münasibətlərinin kəskin kənarlarını hamarlaşdırmaq səyləri ilə məşhur olan RF xarici işlər naziri Sergey Lavrovun adları anılır. Bu, həmçinin o demək ola bilər ki, bu gün nə Kremlin, nə Ağ Evin Lavrovun vasitəçilik xidmətlərinə ehtiyacı yoxdur. Daha da irəli getsək, qeyd etmək olar ki, bunun arxasında son zamanlar rejimə qarşı düşmənçiliyi daha da aydın olan Obama və Putin administrasiyasının Azərbaycanla baxışlarının üst-üstə düşməsi durur. İndiyədək bu cür yanaşmaların üst-üstə düşməsi Əliyevin xeyrinə olurdusa (2003-cü il seçkiləri,  2005-ci il çevrilişinin neytrallaşdırılması, 2008-ci ilin alternativsiz seçkiləri və 2013-cü ildə mübahisəli üçüncü dövr üçün seçilməsi), Azərbaycan üçün qlobal böhran dövründə mənfi baxışların belə üst-üstə düşməsi heç də yerinə düşmür və nə ölkəyə, nə rejimə yaxşı heç nə vəd etmir. Amerikalılara sığınmış sovet casusu kimi Şvets hazırki dövrdə bu birliyi təcəssüm etdirmək üçün hər kəsdən daha çox uyğundur. Və çox güman ki, bu, onun müsahibəsinin ən mühüm mesajıdır.