CİA agentindən xəbərdarlıq – Türkiyədə çoxlu bomba partladilacak


Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti Mike Stillt “Rusiya teroru dəstəkləyən bir cox qruplara  təlim keçir, silah, pul və bomba verir. Yaxında Türkiyədə çox sayda bomba partlayacaq”, – deyərək xəbərdarlıq edib.

O, Rusiyanı Ukraynada terrorçuları silahlandırmaqda da ittiham edib.
MKİ agentinin parlaq açıqlamaları belədir: “Rusiya prezidenti Vladimir Putinin Orta Şərqdə savaşan bir cox silahlı qrupları dəstəkləməsinin səbəbi Türkiyənin öz hava məkanını pozan Rusiya təyyarəsini vurması olub.

Rusiya separatçı qruplara silah dəstəyi təmin etməklə eyni şeyi Ukraynada da həyata keçirib. Kürdlər üçün də eyni vəziyyət təkrarlanır”.
Onun fikrincə, DAEŞ  və PKK-ya silah, pul verib təlim keçməklə Türkiyəyə qarşı bir savaş açırlar: “Rusiyanın bugünkü hərbi niyyəti daxili qarışıqlıqları dəstəkləyərək düşmənini ağır vəziyyətə salmaqdır.

Hazırda əlimdəki Türkiyə ilə bağlı məlumatlara görə növbəti prosesdə çoxlu sayda terror hücumuna məruz qalacaqsınız.

istiparat  hesabatlarına görə, Türkiyədəki bu hücumlar Rusiya tərəfindən dəstəklənir. Əminəm ki, yaxın gələcəkdə bir çox Rusiya müşavirini teroristlərin təlim düşərgələrində və qərargahlarında görəcəksiniz.

Bu, həqiqətən, heç də təəccüblü olmaz, çünki onların taktikası bu şəkildədir. Bu taktikanın eynisini Gürcüstanda, Ukraynada gördük”

.
MKİ agentinin fikrincə, kürdlər yaşadıqları bölgələrdə mülki itaətsizlik etmək üçün əllərindən gələn hər cür təcavüzü edəcəklər