Mehriban Əliyevanın qanunsuz imperyası-video faktlar


29294f46d66ad0d93b2015ef7c84897a

Mehriban  Əliyeva əməlli-başlı “ofşor imperiyası” qurub.

“Panama sənədləri” araşdırmasında ayrıca bir bölüm Azərbaycan prezidentinin ailəsinə həsr olunub. Ifşa sənədlərində bu ailənin sistemli ofşor şirkətlərlə əlaqələri üzə çıxır.

Tıkla oxu –   Neft pulları, nə qədər gəldi hara getdi?

Bu sənədlər həmçinin onu göstərir ki, Azərbaycanın vergilər naziri Fazil Məmmədov Əliyevlər ailəsinin iştirakı ilə “Ata Holding”i necə yaradıb. “Ata Holding”in bank, telekommunikasiya, tikinti və neft-qaz sektorlarında biznesi var.

Fazil Məmmədov Mossack Fonseca vasitəsilə Panamada iki şirkət yaradıb – FM Managment Holding Group və UF Universe Foundation. Ikinci şirkət birinciyə nəzarət edib. Bu şirkətin də idarəedicilərindən biri Mehriban Əliyeva olub.

Bunada bax         İlham Əliyevin qızları nə qədər pulumuzu ogurlayiblar ?

FM Managment Holding Group da öz növbəsində Böyük Britaniyada şirkətləri var və səhmlərinin də 51 faizi “Ata Holding”ə məxsusdur. Onların dəyəri hələ 2014-cü ildə yarım milyard dollar qiymətləndirilirdi.

“Panama sənədləri”nə, həmçinin “Korrupsiya və Mütəşəkkil Cinayətkarlığı Araşdırma Layihəsi”nin araşdırmaları nəticəsində üzə çıxarılan məlumatlara əsasən, 2006-cı ildə prezident Əliyev Azərbaycandakı 6 qızıl mədəninin işlənməsini bir neçə şirkətə həvalə edib. Onların arasında iki ofşor şirkətlər də olub və bu şirkətlərin əsl sahibləri onun qızları Arzu və Leyla Əliyevalardır. Britaniyanın Globex International LLP və Panamanın Londex Resourses S.A. şirkətlərinin səhmlərinin 56 faizi Əliyeva bacılarına məxsusdur. Bu iki şirkət Azərbaycanın qızıl mədənlərinin konsorsiumunun səhmlərinin müvafiq olaraq, 11 və 45 faizinə sahibdir.

Araşdırmalar nəticəsində üzə çıxarılan və “Panama sənədləri” (“Panama papers”) adı altında yayılan ifşa materialları bütün dünyada böyük səs-küy yaradıb. Məlumdur ki, həmin materialların bir qismi Əliyevlər ailəsinin var-dövləti barədədər. “Euronews” telekanalı “Panama sənədləri”nin konkret Əliyevlərə aid hissəsilə bağlı geniş reportaj yayımlayıb. Reportajın tərcüməsini təqdim edirik:

One comment

Comments are closed.