Qarabağda yabancı faktorlar


azerbaijani-first-family-big-on-banking

Qarabağ məsələsi  milli şüurumuzun formalaşmasında hələ də bir nömrəli faktor rolunu oynamaqda davam etməklə bərabər eyni zamanda Azərbaycanda və Ermənistanda hakimiyyət dəyişikliyi üçün ən təsirli silah olmaqda davam edir.

Müstəqilliyimizi qazandığımızdan bu günə kimi bütün siyasi hakimiyyətlərin getmə və gəlmə səbəbləri yalnız və yalnız Qarabağ faktorudur.  AXC Hərakatı Heydər Əliyevin ssenarisi əsasında Qarabağ faktorunu öne sürərək Ayaz Mütəllibov iqtidarını  çevirdi,  Sürət Hüseynov yenə də Heydər Əliyev və Rusiya ssenarisi əsasında AXC hakimiyyətini çevriliş edib , Heydər Əliyevi hakimiyyətə gətirdi.

Ermənistanda da bu günə qədər bütün siyasi dəyişikliklər Qarabağ faktoruna istinad etdi. Ter-Petrosyandan tutmuş bu günki Serj Sarkisyana qədər hər birinin iqtidarı Qarabağ faktoru ilə bağlıdır.

Rusiyanın və İranın sayəsində Azərbaycandan fərqli olaraq  Qarabağ kartı bu günə kimi Ermənistanın lehinə işləməkdə davam edir.

Rusiya Qafqaz Regionunu əlində tuta bilmək üçün  Gürcüstanda Abxaziya və Cənubi Osetiya oyununu oynadı, Ermənistan və Azərbaycan arasında da Dağlıq Qarabağı və 7 rayonumuzu işğal edib Ermənistana verməklə bizi faktiki olaraq 23 ildir siyasi cəhətdən buz dolabında saxlamağa davam edir.

Bu durumda təbii ki, Əliyevler 23 ildir ki,  Azərbaycanda bir başa Rusiyanın canişini rolundadır.

irİranın da regionumuzda ciddi maraqları mövcuddur.

Azərbaycan əhalisinin 60 %-ə  yaxını şiə məzhəbindən olması İranın Azərbaycanda siyasi Məzhəbçilik kartından maksimum istifadə etməsinə şərait yaradır. Lakin İran Azərbaycanda siyasi məzhəbçiliyi Suriya, Yəmən, Iraq, Bəhreynde olduğu kimi aktiv olaraq istifade etmir, bu onun işinə gəlmir. Məgər  işğal altında olan və əhalisinin hardasa bir milyonuda şiə məzhəbindən olan Qarabağda məscidlər, türbələr və digər dini məbədlər yox idi? Necə olur ki, İran Suriyada bir neçə türbələrin dağılmasını  bəhanə edərək Suriyaya böyük ordular göndərə bilir, amma Qarabağın şiə  əhalisini xristian Erməni və Ruslardan müdafiə etmək üçün  nəinki, Azərbaycana kömək etmədilər, hətta Savaş başlayandan bu günə kimi Ermənistana hər cürə köməklik edirlər.

Bəli, İran İslamla pərdələnmiş Fars Şovinizmdən başqa bir şey deyildir. İran cənubi Azərbaycan davamızı bizə unutdurmaq üçün Rusiyadan da çox Qarabağ münaqişəsinin hələ bundan sonra neçə on illiklərlə davam etməsini istəyir.

İran bölgədə Qarabağ problemini həll etmiş və milli iqtidara sahib güclü Azərbaycan istəmir.

Həm din faktorunu həmdə ermeni lobbisinin gücünü nəzərə alsaq, Avropa və  Amerikanın da Azərbaycanın yanında Ermənistana qarşı olacaqları inandırıcı görünmür. Əslində Avropanın və Amerikanın Iranı bir az sevmələrinin səbəbi onun Orta və Yaxın Şərqdə həyata keçirdiyi radikal siyasi şiəlikdən  fərqli olaraq, Qafqaz regionunda Ermənistan-Rusiya ittifaqının yanında Azərbaycana qarşı mövqe tutmasıdır.

Qarabağ probleminin həll edilmədən daha bir neçə onillik də davam etməsini istəyən növbəti amil Əliyev rejimidir. Bu rejim 1993-cü ilde Qarabağ karti ilə hakimiyyətə gəldiyi üçün çox yaxsı bilir ki, əgər Qarabağ problemi buz dolabından çıxarılsa, 3-günlük savaşda gördüyümüz kimi, milli duyğular oyanır və xalq böyük kütlələr formasında bir araya gəlir. Bu isə  Əliyevin heç arzulamadığı bir şeydir.
Əslində 3-günlük savaşdan sonra Rusiya baş naziri Medvedyevin Yerevanda və Bakıda işlətdiyi ifadə Əliyevin ürəyindən idi və bu həm İran və Rusiyanın həm də Azərbaycan və Ermənistanın Qarabağ münaqişəsinə ortaq baxışları idi.

Qarabağ problemini Əliyev iqtidarı heç bir zaman gündəmə gətirməz. Bir gün bu problem təkrar gündəmə gələrsə, birinci növbədə düşünməliyik ki, İranın da razılığı ilə Rusiya sadəcə  Ermənistanın və Azərbaycanın siyasi iqtidarını cəzalandırmaq üçün bu məsələni qaldırıb.

Lakin Qarabağ problemini həll edərək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyin üfiqdə bir yolu da son illər görünməkdədir. Bu yol regionumuzda həm milli həm də dini qardaşlığımız  olan, İslam dünyasının tək parlayan ulduzu Türkiyəmizdir.

Qüvvətlənən Türkiyənin özünü düşmənlər durmadan fərqli yollarla almağa çalısır. Hərbi  çevrilişlərdən  hüquqi çevrilişlərinə  qədər, xaos çıxartmaqdan terror hücumlarına  qədər hər cür çirkin yollara baş vuraraq Türkiyəni super güc olma yolundan vaz keçirməyə çalışırlar. Lakin artıq ox yaydan bir kərə çıxmışdır, Türkiyənin son 15 ildə iqtisadi, siyasi, sosial və hərbi sahədə  əldə etdiyi nailiyyətlər bizə deməyə  əsas verir ki, Türkiyə çox yaxın zamanda Suriyadakı xaosu bitirərək, Qafqaz bölgəsində də ilahi ədalətin bərpa edilməsi üçün hərəkətə keçəcəkdir. Biz bunu tarixdə bir kərə görmüşük. 1918 -ci ildə bizi yox etməyə çalışan Erməni və Rus işğalçılarının elindən yenədə Anadolu türkləri qurtardı. 100 il sonra biz yenə də eyni güclərin işgalı altındayıq. Həm Baki həm də Qarabağ işğal altındadır.

O zaman biraz uzaqgörənlikləri varsa, Ruslar, Farslar, Ermənilər də və ən nəhayət bunların əllərində alət olan Əliyevlər də indidən qorxmağa başlasınlar.

Hörmətlə,

Qabil Rzayev, 

Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri