Ilham Əliyevin saxta müharibə planı”


Aprel döyüşləri bir daha sübut etdi ki, İlham Əliyevin hər zaman dediyi “lazım gələrsə” ifadəsi də onun öz saxta hakimiyyətinin bənzəri  imiş.

25 ildir ki, Qarabağ məsələsində bir qarış da uğur qazana bilməyən ata və  ogul Əliyevlər , son Aprel döyüşlərində də məglub oldudunu  etiraf edərək, geri çəkildi.

Aprel döyüşləri onu sübut etdi ki, İlham Əliyev və YAP hakimiyyəti  o çümlədən Ermənistanda Sarkisyan hakimiyyəti problemin həllini yox, əksinə kasıb ailələrin evladlarınin  orduda, müharibə adı altında öldütdürüb, bundan da siyasi dividentlər qazanmaq istəyirlər.

İlham Əliyev son hadisələrdəki mövqesizliyi sübut etdi ki, o kriminal, korrupsioner, harınlamış bir sistemin başında dayanır. Bütün avtoritar rejimlər, xalqın qəzəbini hiss edəndə, imitasiya yolunu tutur. Aprel müharibəsi də əsgərlik görməmiş Əliyev üçün bir imitasiya idi. Əliyev təkcə hərbini öz oyun alətinə çevirməyib, o polis kimi digər ciddi güc strukturlarını  özünə sözün əsil mənasında  qul edib. Bütün bunlarda  bir tək səbəb var ki, ölkədə tək hakimiyyətlilik hökm sürür.

 

siyasi-mehbuslar-yeni

Azərbaycanın güc strukturlarının avantürist YAP partiyasınln  əlində repressiya alətinə çevrilməsi artıq hər kəsə məlumdur. Azərbaycan Polisi dövlətə xidmət etməlidir, nəinki ayrı-ayrı şəxslərə. Amma bu gün Azərbaycan Polisi YAP hökumətinin əlində repressiya vasitəsinə çevrilib.

wp-1477529754816.jpg

Mən gənc fəal olaraq  Polisi öz vəzifələrini yerinə yetirməyə çağırıram. Polis cinayətkarlıqla mübarizə aparmalıdır. Siyasi partiyalarla mübarizə metodu  polisin işi deyil. İlham Əliyev başda olmaqla, Azərbaycan hakimiyyəti və biz də hamımız görürük ki, hökumət vaxtaşırı olaraq ölkədə bahalı beynəlxalq tədbirlər keçirir. Bunlar əsasən tolerantlıq mövzusunda olur. Bütün dünyaya göstərmək istəyirlər ki, Azərbaycanda siyasi mədəniyyət, tolerantlıq, özgəfikirliliyə dözümlülük var. Belə tədbirlərə 100 milyon manat vəsait xərcləyirlər ki, guya ölkənin daha sivil olduğunun Avropa və Amerikaya nümayiş etsinlər . Digər tərəfdən isə xalqın ac güzəranını unutdurmaq üçün saxta mühəribə elan edir.

1439103605_images-cms-image-000011607

Ölkə daxilində siyasi rəqiblərə qarşı uydurma cinayət işləri açırlar, onların cibinə narkotik, evlərinə silah qoydurub həbs etdirirlər. Jurnalistlərin evinə hücum edir, polis zorakılığı ilə insanları həbs edib, işgəncə verirlər. Sonda Azərbaycan xalqına müraciət edirəm ki, mübarizəyə davam edək

Müəllif: Elnur İbrahimov 13 Aprel, 2016