Qarasu Əməliyyat Şirkəti ilə bağlı şok faktlar – Araşdırmaçı faktları təqdim edir


5 ildən artıqdır ki, Karasu Əməliyyat Şirkətində davam edən korrupsiya faktlarını araşdıran araşdırmaçı Fuad Ağayev Karasuda baş verən yeni korrupsiya faktlarının üstünü acmağa nail olub. Belə ki bundan bir neçə ay öncə Fuad Ağayevin mediyaya təqdim etmiş olduğu Karasu əməliyyat şirkəti ilə bağlı rəsmi maliyye təmir sənədlərində böyük korrupsiya faktlarının izləri açıq görünməkdə idi.
Karasu şirkətinə məxsus nəqliyyat vasitələri Texoil adlı şirkətə göndərilərək orada təmir adı altında rənglənib yenidən şirkətə qaytarılmış və əvəzində çox böyük məbləğdə pullar silinirmiş. Bununla bağlı Azərbaycan mətbuatında artıq korrupsiya faktlarını təsdiq edən sənədlər yayınlanmışdı.

Hətta Fuad Ağayev rəsmi olaraq bu faktların araşdırılması üçün baş prokuror Z. Qaralova yazılı müraciət ünvanlamışdı.

 

Bütün bunlara baxmayaraq Karasu şirkətində analoji korrupsiya faktları bu gün də davam etməkdədir.

Belə ki, 35 gün öncə Karasu şirkətinə məxsus Bakines adli 1961-ci il istehsalı olan yeraltı təmir aqreqatı dövlət nömrə nişanlı 18 T 088 təmir adı altında Texoil şirkətinə göndərilərək təmirinə 60000 AZN silinib. Nəqliyyat vasitəsi təmirdən 06.04.2016-cı ildə gəlsə də nasazlıq ucbatından istismara buraxılmayıb. İstismar aktı alınmayıb. FHN tərəfindən istismara yararlığı barədə sinaq testi keçirilməyib. Adı çəkilən nəqliyyat vasitəsi hazırda Karasu şirkətinin nəqliyyat şöbəsinin təmir bazasında qalmaqdadır. Bakinech 18 T 088 aqreqatı Texoil şirkətinə Karasu şirkətinin nəqliyyat meneceri Arif Alisov və Adil Bəylərov tərəfindən göndərilib. Belə ki adı şəkilən nəqliyyat sahəsi üzrə menecer Arif Alisov qulluq və vəzifə səlahiyyətlərini aşaraq özunə məxsus 90 TM871 nömrəli Niva markalı nəqliyyat vasitəsini Gts Solition Alyan şirkəti vasitəsi ilə Karasu şirkətinə günü 90 AZN-ə icarəyə götürüb və hazırda nəqliyyat sexində icarədədir. Nəzərə alaq ki, təkcə 2015-16-cı illərdə Karasu şirkətinin nəqliyyat sexindən 100 nəfər ixtisar adı altında xaric olunmuşlar. Şirkət rəhbərliyi isə ixtisar olunanları şirkətdə yaranan maliyye çətinliyi ilə əlaqələndirmişlər.

Göründüyü kimi sirkətin maliyyə çətinliyinin səbəbləri artıq göz qabağındadır. Bundan başqa əldə olunan məlumatda Fuad Ağayev onu da bildirmişdir ki, tək 2015-ci ildə Karasu Şirkətinə nəqliyyat vasitələri üçün 3 miiyon dollarlıq ehtiyat hissələri yazıldığı halda bu yalnız sənəd üzərində qalırmış əslində isə şirkətə heç bir ehtiyat hissəsi gəlmirmiş. Hazırda 2016-cı ilin birinci rübündə Karasu şirkətinın nəqliyyat vasitələrinə 355 min AZN dəyərində ehtiyat hissələri yazılsa da şirkətə heç bir mal getirilməyib. Karasu və Şirvan Oil şirkətləri şirkətin anbarı xüsusi mühafizə olunur. Şirkətin mühafizə sistemi Cesko şirkəti tərəfindən həyata keçirilir. Cesko mühafizə şirkətinin isə Azerbaycan Prokurorlugu yanında Korrupsiyaya qarşı Baş idarəsinin rəis müavini Əli Nağıyevin qardaşı Vəli Nağıyevə məxsus olduğu bildirilir. Karasu anbarına daxil olan bütün mallara video kamera müşahidəsi var və əlaqədar qurumlar bununla bağlı kameralara baxış keçirib şirkət anbarına daxil olan istəlinən malı araşdıra bilər.

Məlumat üçün bildiririk ki, Global Energy Şirkətinin təhlükəsizlik meneceri həbsdə olan MTN generalı Akif Covdarovun müavini Rasul Rasulovın qardaşı Vüqar Rasulovdur.

EAN