Bəylər Eyyubovun qardaşı oglu Las Veqasda neçə miliyon dollar uduzub?


 

Gəncə 12 saylı vergilər idarəsinin rəisi Azərbaycan Prezidenti  Ilham Əliyevin mühafizə idarəsinin rəis müavini, general Bəylər Eyyubovun qardaşı oğlu, general Sahin Eyyubov bir gündə  Amerika Birləşmiş Ştatlarının Las Vegas şəhərində yerləşən kazinoların birində 6 milyon dollar pul  uduzub.

Şahin Eyyubovun iki dəfə səs yazısını yayınlasaqda Youtube 1 gündən sonra yayından qaldırdı.

Səs yazısında Şahin Eyyubovun  Turk iş adami ilə telefon danısıgı və generalın vergilər nazirliyinin muşavirliyi barədə əxlaqsız soyuş söyməsi,vergiler nazirinin  koməkçisi Habil Məmmədovla pul söhbəti etməsi yer almışdır.

Şəkillərdə isə gördüyünüz kimi harınlamış general instagramda “aylıq məvacibini”nümayiş etdirib

Şahin Eyyubov Gəncəbasar bölgəsində Əyyubovlar klanının nüfuzlu rəhbərlərindən hesab olunur. Bölgədəki icra başçıları, polis rəisləri və digər yüksək rütbəli məmurlar Ş.Əyyubovla hesablaşır. Etibarlı mənbənin sözlərinə görə, Ş.Əyyubov Gəncənin ticarət və istehsal sahələrinə də nəzarət edir: “Gəncə uzun illərdir ki, Əyyubovlar ailəsinin nəzarəti altındadır. Ailəyə məxsus biznes ortaq idarə olunur və gəlir aralarında bölünür. Gəncənin ticarət obyektlərinin, bazarların, istehsal müəssisələrinin çoxu Əyyubovlara məxsusdur. Konkret olaraq Gəncədəki ”Qaya” restoranı Şahin Əyyubova məxsusdur. O, həm də maldarlıqla məşğul olur. Samux, Göygöl rayonları ərazilərində ona məxsus fermaların olduğu söylənilir”.

Hasan Saftarov

Kanada ,Toronta