Ölkədəki qiymət artımının arxasında Əliyev dayanır


img_0860

Yumurtanın qiymətindən narahat olan ölkə başçısı, energi daşıyıcılarının  və  çörəyin qiymətinin qalxmasına niyə susur?

Ölkənin ağır böhranla üz-üzə qalmasının yeganə səbəbi yarıtmaz idarəçilikdir. Normal düşüncəyə malik olan hər bir vətəndaş bu acınacaqlı vəziyyətin izahatını bilir. Amma hökumət ortaya heç bir izahat qoya bilmir. Nə yarıtmazlığı etiraf etməyə qətiyyətləri, nə də biabırçılığa don geyindirmək üçün fantaziyaları var.

Işığın qiyməti qalxdı, ağlabatan izahat verə bilmədilər. Suyun qiyməti qalxdı iqtisadi əsas gətirə bilmədilər. Çörəyin qiyməti qalxdı və daha böyük biabırçılıq oldu. Vətəndaş çörəyi 50 qəpiyə alsa da, rəsmi qurumlar heç bir artımın olmadığını bəyan etdi. Ən yaxşı halda dedilər ki, monitorinq aparılacaq, məlumat veriləcək. Çörəyin artımına izahat tapmamış, ətin qiyməti də qalxdı. Yenə də hökumət komandası susub.