əliyevlərin dostu həbs edildi


Avropa Olimpiya Komitələrinin prezidenti Patrick Hickey Olimpiya biletlərinin qeyri-qanuni satışı ilə bağlı Rio-de-Janeyroda həbs edilib.

71 yaşlı cənab Hickey biletləri, onları çox baha qiymətə satan üçüncü tərəfə ötürməkdə şübhəli bilinir, Braziliya mediası xəbər verir.
Cənab Hickey-nin həbsdən sonra halının pisləşdiyi deyilir. O, hələ ki məsələ ilə bağlı açıqlama verməyib.
Polisin bildirdiyinə görə, onlar  Hickey-ni həbs etməyə gələndə o, qaçmağa cəhd edib.
Xatırladaq ki, Patrick Hickey əliyevlərin idman dostu və Bakıda keçirilən ilk Avropa Oyunlarının ideya müəllifi hesab olunur.

 
Braziliya mediasının məlumatına görə, Patrick Hickey-nin həbsi, Olimpiadanın açılış mərasimi günü həbs olunan İrlandiya vətəndaşı Kevin James Mallon-un həbsilə əlaqəlidir.
Cənab Hickey həmçinin İrlandiya Olimpiya Komitəsinin prezidentidir.
Cənab Mallon THG Sports şirkətinin direktorudur. İddia olunur ki, qonaqpərvərlik sənayesində fəaliyyət göstərən bu şirkət Rio 2016 üçün biltetləri qanunsuz satıb.
Avqustun 5-də cənab Mallon Rioda bir kişi 800 bahalı biletlə yaxalanıb.
İrlandiya Olimpiya Komitəsinin bəyanatında deyilir ki, Patrick Hickey ilə bağlı mediada yayılan məlumatlardan xəbərdardırlar lakin “əlavə şərh verməkdən öncə məsələnin tam aydınlaşmasını istəyirik”