Rəsul Quliyevdən keçiriləcək referandumla baglı sərt etiraz!



Azərbaycanda konstitusiyaya dəyişikliklə bağlı referendumun keçiriləcəyi planına münasibətiniz?

 -Prezidentin müddətinin 5 ildən 7 ilə qədər uzadılmasınıpn arxasında hansı məqamlar dayanır?

 -Sizcə birinci vitse-prezident və vitse-prezidentlər institutun yaradılmasın arxasında nə durur?

-Konstitusiya Məhkəməsi referendumla bağlı qərarını verdi. Müxalifət bundan sonra hansı addımlar atacag?

 -Sizcə bu məsələyə etiraz olaraq müxalifətin birliyi yarana bilərmi?

 -Referenduma getməməklə bağlı ictimaiyyət arasında hansı vasitələrdən istifadə etmək daha məqsədəuyğun hesab elilə bilər?

Bu və digər sualları  Parlamentin keçmiş sədri Rasul Quliyev belə cavablandırıb. 

Bu suallar mənə konstitusiya məhkəməsinin qərarından sonra göndərilmişdi (yəni bir ay öncə) ancaq indi cavab verməyə cəhd edirəm, soruşa bilərsiniz hansı səbəbdən?. 

Düzü belə bir ekstra mürtəce referendum təşəbbüsü mənə hakimiyyətin xalq, konstitusiya məhkəməsinin üzvüləri, ətrafındakı bəzi vəzifəlilərin mütiliyinin səviyyəsini yoxlamaq üçün atdığı bir addım kimi görsənirdi, düşünürdüm ki, bu yoxlama keçəndən sonra referendum dayandırılacaq. Çünki bu referendum nəticəsində yaradılacaq yeni konstitusiyanın qanuni diktatura konstitusiyası olacağı heç kimdə heç bir şübhə doğrultmamalıdır.

 Bu iş baş vermədi ,azərbaycanlılar iri addımlarla qul olmağa razıyıq referendumuna doğru irəliləyir. Yuxarıdakı suallara ayrı ayrılıqda cavab vermək fikrində deyiləm. Bir neçə gündür daima bu referendumun dəhşətinin nədən ibarət olduğunu camaata dərindən anlatmaq üçün necə bir yazı yazmalıyam barədə düşünürəm. Fikirləşmirəm optimal bir variant tapa bilmişəm. Ancaq yenədə…

 Hər bir canlı (insan, heyvan, ağac, bitgi və sairə) ibtidaidən aliyə doğru inkişaf edir. Hər bir variantda inkişafın istənilən mərhələsində cari alidən ibtidaiyə tərəf yönələn canlı məhv olmağa məhkumdur. Cəmiyyətin inkişafıda (cəmiyyətin inkişafı dedikdə ölkədə mövcud olan ictimai münasibətlərin cari vəziyyəti və hansı istiqamətdə dəyişiri bilmək lazımdır) eyni nəzəriyyəyə tabedir və eyni prinsiplə işləyir. 10 min illərdir İbtidai münasibətlərdən açıq Cəmiyyətə qədər insanlar uzun bir yol keçibdir. Neçə yüz il keçəcəyini deyə bilmərəm, ancaq axır nəticə olaraq cəmiyyət hər bir fərdin özünü idarə ictimai münasibətlərinə qədər inkişaf edəcəkdir.

 Sivil dövlətlərin hamısı, o cümlədən bu gün yarım diktatura hesab etdiyimiz Çin bu prinsiplə inkişaf edir. 

 Azərbaycan inkişafın neqativ istiqamətini seçib. Qəbul edilmiş birinci konstitusiyadan (1991-ci ildən sonra Azərbaycanın birinci konstitusiyası 1995-ci ildə qəbul edilib) sonra hər dəfə konstitusiyada eilən dəyişiklər ölkəni addım adım qanuni diktaturaya yaxınlaşdırıb və zirvəyə qalxmağın axırıncı addımı atılacaq.

 Birinci konstitusiya qəbul ediləndə də bəzi (məsələn ömürlük prezidentlik, 7 illik müddət və sair) yaramaz təkliflər irəli sürülürdü. Onda çox ağır mübarizə şəraitində ( çünki həmişəki kimi konstitusiya komisiyasının üzvüləri hətta mənin təklifimlə seçilmiş müxalifətdən olanlar ağızlarına su alıb durmuşdular) qismən müəyyən demokratik prinsipləri saxlaya bildik.Ancaq sonradan o prinsiplərin hamısı bir bir aradan götürüldü. Bu dəfəki referendumda prezident institutu formalaşdırılır. Prezident ölkənin hakimi mütləqi olur. Nə 2500 il bundan öncə imperator olmuş Aleksander Makedonskiy,nə də 2200 il bundan öncə Roma imperiyasının Çezarı Yuliy Qayın hakimi mütləq hüquqları olmayıb.

 Qədim dövrü kənara qoyuram.Qayıdıram 500 il bundan öncəyə. İngiltərənin Karolu Henri arvadını boşamaq (oğlu olmadığına görə) və yenidən evlənmək üçün parlamentdən icazə almağa məcbur idi. Nəzərinizə çatdırım ki, parlament səs verəndə deputatların 30 faizi boşamağın əleyhinə səs verdi. (Görəsən bizim 21-ci əsrin parlamenti ilə müqayisə edib ağlayanlar tapılar Azərbaycanda) 

 Avropanın bir çox ölkələrində Karol öləndən sonra kimin növbəti Karol olacağına parlament səs verməli idi. Sözsüz vərəsəlik prinsipi gözlənilirdi, ancaq məsələn parlament səs verməsəydi bu günkü Böyük Britaniyanın təməl daşını qoyan Elizaveta bir (çünki başqa namizədlərdə kifayət qədər idi) Kraliça ola bilməzdi.400 il bundan öncə həmin Yelizaveta 1-in vaxtında nazirlər parlamentdə təsdiqlənməli idi. 

 İnkişafın ancaq bir yolu var təmiz rəqabət. İctimai inkişafın ancaq bir yolu siyasi rəqabət, dövlət idarəçiliyinin qollarının tam müstəqilliyi ,başqa sözlə rəqabəti.Yeni konstitusiya ilə prezident varisini özü təyin edir və özü çıxarır, ikinci varisini təyin etməyə razılıq verməyən parlamenti buraxır.Bir sözlə prezident həm şahdır, həm məhkəmədir, həm prokurordur həmdə parlamentdir. Ömrünün axırına qədər prezidentdir. Ölməmişdən öncə öz uşaqlarından və ya nəvələrinidən kimisə yerinə təyin edəcək , bir sözlə dinastiya davam edəcək. Belə bir quruluş nə vaxtsa ,hardasa olub, mən bilmirəm.

 Ardı var..