Etiraz  mitinqləri başlayır.Qərar verildi!


“İmza vərəqələrini MSK-ya təqdim etdik. Təşəbbüs qrupumuz qeydə alındıqdan sonra təşviqat kampaniyasına başlayacağıq”.
Bunu Arqument.Az-a açıqlamasında Müsavat başqanının müavini Elman Fəttah “Respublika” təşəbbüs qrupunun referendumla bağlı fəaliyyətini edərkən deyib. 
  Gözəl Bayramlı isə referendumla bağlı Milli Şuranın mitinqlər keçirməyi planlaşdırdığını və bu günlərdə ilk mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyini deyib.
“Mitinqlərimiz “Monarxiyaya yox”, “Talana son” şüarı ilə keçiriləcək. Artıq mitinq hazırlıqlarına başlamışıq və sentyabrın birinci öngünündə ilk mitinqin keçirilməsi nəzərdə tutulub”, – deyə Gözəl Bayramlı bildirib. 
NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər Arqument.az-a açıqlamasında qeyd edib ki, hərəkat referendumla bağlı dəyişikliklər əleyhinə imzatoplama aksiyasında iştirak edib, hərəkatın gələcək addımları isə bundan sonra açıqlanacaq. 
Qeyd edək ki, Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası ,Musavat partiyası referendumu boykot edib. Həmçinin bu gün Respublikaçı Alternativ (REAL) Hərəkatı da referendumla bağlı imzatoplama kampaniyasını dayandırdığını bəyan edib. 
Hərəkatın keçirdiyi mətbuat konfransında İdarə Heyətinin üzvü Azər Qasımlı bildirib ki, ReAl üzvlərinin son həbsi və təzyiqlər onları imza kampaniyasına son verməyə vadar edib. 
Azər Qasımlı REAL üzvlərinin həbsdə olduğu halda referendumun əleyhinə imzatoplama kampaniyası keçirməyin mənasız addım olduğunu vurğulayıb.
O, REAl-ın siyasi prosesdən kənar qalmayacağını və Konstitusiyada nəzərdə tutulmuş dəyişikliklərə qarşı olduqlarını bir daha ifadə edib. 

One comment

  1. Qaçqın və məcburi köçkünlərin şəxsiyyət vəsiqələrinin surəti bir neçə gündürki yığılıb, guya ki statistika aparılır )). Yazıqlarında çoxunu aldadırlarki guya ya torpaqlar qaytarılır yadaki ev veriləcək. Uzun sözün qısası. Hesablayın görün neçə yüz min insan özləridə bilmədən səs vermədə “iştirak” edəcək ))))

    Liked by 1 person

Comments are closed.