Kemal Kılıçdaroğlu: Canım fəda olsun


img2175405
Allahın verdiyi bir canımız var. O da bu məmləkət, bu millət və bu ölkə üçün fəda olsun.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu məruz qaldığı silahlı hücumdan sonra Tvitter hesabında yazıb.
“Bu ölkə terrordan təmizlənənə qədər birlikdə mübarizə aparacağıq. Siyasi baxışlarımız fərqli ola bilər. Lakin terror qarşı mübarizə ortaq hədəfimizdir. Bu səbəbdən mən siyasi xəttimi davam etdirəcəyəm”, – partiya sədri qeyd edib.
Xatırladaq ki, CHP lideri Artvin vilayətinin Şavşat rayonundan Ardanuç rayonuna gedərkən avtomobil karvanı atəşə tutulub. Terrorçular Kılıçdaroğlunun avtomobil karvanını qumbaraatanla vurmaq istəyib.