Vidadi İsgəndərli partiya sədrinin villasının şəkillərini yaydı-FOTOLAR


1421791276_qudu1

«Novxanada 1 milliyonluq bağ,Yasamalda yeni tikilidə 500 minə ev, elə oradaca 1 milliyonluq ofis. Haradandı Əbrəqunusun kəndindən çıxmış bir yetimin bu qədər pulu?»

Hüquq müdafiəçisi, Demokratiyanın Müdafiəsinə Dəstək İctimai Birliyinin sədri Vidadi İsgəndərli ilə BAXCP sədri Qüdrət Həsənquliyev arasında mübahisə getdikcə qızışır. JAM.AZ xəbər verir ki, bir neçə gün əvvəl Vidadi İsgəndərli  Qüdrət Həsənquliyevi korrupsiyada ittiham edərək, onunla bağlı müvafiq dövlət qurumlarına rəsmi müraciət etdiyini bildirmişdi.


Dünən isə hüquq müdafiəçisi dediklərini təsdiqləmək niyyəti ilə Facebook-da Qüdrət Həsənquliyevin villası olduğunu iddia edən fotolar yayıb. İsgəndərli bununla bağlı yaydığı açıqlamada vurğulayır ki, yaydığı fotolardakı villia Qüdrət Həsənquliyevə məxsusdur və o Bakının ən bazalı rayonlarından sayılan Badamdar qəsəbəsindəki «Kempinski Otel»in 20 metrliyində yerləşir. «Bu ərzilərdə torpağın bir sotu 35-40 min manatdır. Sadə riyazi üsulla hesablama aparsaq, 10 sot torpaq sahəsi üçün 400 min manat pul cərclənilməlidir. Üstəlik, villanın tikintisi üçün də əlavə olaraq 1 milyon manata yaxın vəsait lazımdır».

Amma Vidadi İsgəndərli bununla yetinməyib, partiya sədrinin Bakı şəhəri və ətrafında yerləşən ev və villalarının da olduğunu iddia edib. «Novxanada 1 milliyonluq bağ,Yasamalda yeni tikilidə 500 minə ev, elə oradaca 1 milliyonluq ofis. Haradandı Əbrəqunusun kəndindən çıxmış bir yetimin bu qədər əmlakı? Hamısı korrupsiya idarəsinə, Ramiz Mehtiyevə, İlham Əliyevə göndərilib ünvanlanacaq. Vətənə xəyanətlə qazanıb. İndi gəl mənim bir evimi tap».

3 comments

Comments are closed.