Eks spiker Ilham Əliyevi yalan danışmaqda itdiham etdi


 

644513_349773148467995_1959988521_n

Eks spiker Rəsul Quliyev    Prezident Ilham Əliyevi  yalan danışmaqda itdiham etdi…

Dünən prezident İlham Əliyev Bakı Dərin Özüllər Zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində çıxışı zamanı eks-spiker Rəsul Quliyevə qarşı bir sıra ağır ittihamlar səsləndirmişdir. Eks-spiker Rəsul Quliyevin bu ihtihamlara cavabı isə gecikmədi.
Bu gün hansı isə bir blokun açılışında prezident xalqa söylədiyi növbəti yalanlar silsiləsini davam etdirib. Bu dəfəki yalanların zirvəsində mənim neft və qaz kontraktlarına münasibətimlə əlaqədar ”açıqlama” olub.

Şəxsən mən bu şəxsin prezident olandan bu günə qədər bir dəfə olsun belə xalqa yalan demədiyinin şahidi olmamışam.
Azərbaycanın iqtisadi inkişafı ilə əlaqədar bəlkə bir az yavaşlayaq qanadlı frazasından tutmuş Qarabağı güclə azad edəcəyikə qədər hər ildə 100 dəfələrlə yalan söyləyən bu şəxsin yalanlarından nə vaxtsa utanacağı mümkün olmayan bir şeydir.

Bu yaxınlarda neft və qaz kontraktları ilə əlaqədar mənimlə Əliyev arasında hansı və nə səbəbdən fikir ayrılıqları olubu bir daha sizə anladacağam. Daha doğusu bu haqda 1997-ci ildən bir neçə dəfə yazmışam, ancaq təkrarlamağa ehtiyac var.