Mitinq qərarı və 11 sentyabr mitinqinə 100 min insanının qatılacagı gözlənilir


12okt-mitinq2

Azərbaycanda məmur özbaşnalıgından korrupsiyadan,YAP hakimiyyətinin siyasi sifarişli həbslərindən , talanindan bezən 100 minlərlə ölkə vətəndaşları sosial şəbəkələrdə  Milli Şuranın və Musavat Partıyasının sentyabrın 11 də və digər vaxtlarda keçirilməsi nəzərdə tutulan mitinqləriinə qatılacaklarını iftixar hissiylə söyləyirlər

Milli Şura mitinqlərə başlamaq haqda qərar qəbul edib. Qurum ilk mitinqin vaxtını da elan edib. 11 sentyabr 2016 il saat 17.00.

Milli Şura mitinq qərarını verdi! İlk mitinqimiz 11 sentyabr saat 17:00-da “İnşaatçılar” metrostansiyası yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək. Mitinq İcra Hakimiyyətilə razılaşdırılacaq. Gəlin, birlikdә ailə hakimiyyətinin ömürlük olmasına konstitusion “əsas” yaradılmasına, artıq dözülməz həddə çatmış sosial-iqtisadi problemlərə etiraz edək, ölkədə köklü islahatlar, “Monarxiyaya yox! Talana son!” tələb edək

Müsavat Partiyasının sentyabr ayında mitinq keçirmək barədə qərarını elan etməsindən iki gün sonra Milli Şura da mitinqlərə başlamaq haqda qərar qəbul edib.
Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu isə hər kəsi Müsavatın və Milli Şuranın mitinqlərinə dəvət edib. Eyni zamanda bu mitinqlərin birgə keçirilməsinin vacibliyini bəyan edib.
 
Müsavat Partiyasının təşkilat şöbəsinin müdiri, Divan üzvü Razim Əmiraslanlı bildirdi ki, mitinqlə bağlı partiyada müzakirələr çoxdan başlayıb, sonuncu Divan iclasında isə mitinqin sentyabr ayında keçirilməsi ilə bağlı qərar qəbul edilib. Mitinqin yeri ilə bağlı müzakirələrdən sonra qərar veriləcək: “Milli Şura və AXCP ilə birgə mitinq keçirilməsinə gəldikdə, təbii, Müsavat olaraq bunun tərəfdarıyıq
EAN