Rəsul Quliyevin Partiyası mitinqlərə dəstək qərarı verdi 


GAP-ın qapalı müşavirəsində Milli Şuranın və Müsavatın keçirəcəyi mitinqlərə dəstək verilməsi məqsədəuyğun bilinib
Bu gün Gələcək Azərbaycan Partiyasının Ümumrespublika Müşavirəsi keçirilib. Partiyanın mətbuat xidmətinin verdiyi məlumata görə keçirilən müşavirədə Partiya sədri Ağasif Şakiroğlu, partiyanın rəhbər strukturlarında etdiyi yer dəyişmələr, həmçinin yeni təyinatlarla partiyanın Ümumrespublika iclasında iştirak edən partiya fəallarını tanış edib.
Partiya sədrinin imzaladığı sərəncamlara əsasən aşağıdakı təyinatlar həyata 

-Məmmədov Şərur Əlifağa oğlu – partiya gənclər təşkilatının sədri;
-Əliyev Rəşid Nazim oğlu – partiya sədrinin gənclərlə iş üzrə müavini;
-Süleymanov Kamil Abdal oğlu – partiya sədrinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə müavini;
-Qasımov Elnur Qasım oğlu partiya sədrinin siyasi məsələlər üzrə müavini;
Müşavirədə eyni zamanda Gələcək Azərbaycan Partiya sədri Ağasif Şakiroğlu nizamnamənin ona verdiyi səlahiyyətlərdən istifadə edərək partiyada 1-ci müavinlik postunun yaradılmasını zəruriliyini diqqətə çatdıraraq 1-ci müavinlik postunun yaradıldığını elan edib. O, bu posta Azərbaycan Milli Azadlıq hərəkatının fəallarından olmuş Sadıqov Niyaz Böyükağa oğlunu özünü 1-ci müavini təyin edib.
Müşavirədə həmçinin partiyanın təşkilatlanması istiqamətində partiya fəallarına və rəhbər strukturlarına xüsusi tapşırıqlar verilib. Gələcək Azərbaycan Partiyasının Ümumrespublika müşavirəsində Azərbaycanda keçirilməsi nəzərdə tutulan referendum kəskin tənqid edilmiş və bu dəyişikliklərin irtica xarakterli olmasının qeyd edilib.
Müşavirədə eyni zamanda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun üzləşdiyi ədalətsizlik qətiyyətlə pislənilmiş və hakimiyyətdən bu kimi öz başınalıqlara son qoyulması tələbi ilə bəyanat qəbul edilib.
Gələcək Azərbaycan Partiyası Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının sentiyabr ayı üçün elan etdikləri mitinqlərin həmçinin Gələcək Azərbaycan Partiyasının özünün müstəqil mitinq keçirtməsi ətrafında geniş müzakirə aparmışdır. Yekun olaraq indiki bir məqamda bölücülük xarakterli ayrı-ayrılıqda kütləvi etiraz aksiyalarının keçirilməsi məqsədə uyğun bilinməmiş və real müxalifət qüvvələrinin keçirəcəyi bütün aksiyalara dəstək verilməsi məqsədə uyğun bilinmiş və 11 sentiyabr 2016-cı il tarixində Demokratik Qüvvələrin Milli Şurasının elan etdiyi mitinqdə Partiya olaraq iştirakla bağlı qərar qəbul edilmişdir
GAP sədri Ağasif Şakiroğlu “Basta” əməkdaşı ilə söhbətində bildirib ki, Rəsul Quliyev tərəfdarları həm Milli Şuranın, həm də Müsavatın sentyabrın 18-nə təyin etdiyi mitinqlərə dəstək vermək niyyətindədirlər.
Gələcək Azərbaycan Partiyasının Ümumrespublika Müşavirəsində eyni zamanda Azərbaycanda dərinləşməkdə olan iqtisadi-siyasi-sosial böhran geniş müzakirə edilib. Aparılan müzakirələr zamanı Müşavirə iştirahkıları mövcud böhranlı vəziyyətindən ölkəni çıxara biləcək yeganə lider olaraq eks-spiker Rəsul Quliyevin olduğu nəzərə çatdırılmış və Azərbaycanın xaosa sürüklənməməsi üçün, ölkədə idarə olunan vəziyyətin idarə olunmayacaq səviyyəyə yönəlməməsi üçün, eyni zamanda Azərbaycan xalqının daha da artıq əziyyət çəkməməsi üçün eks-spiker Rəsul Quliyevin ölkəyə dönməsinin artıq zərurətə çevrilməsi qənaətinə gəlinmişdir.
Müşavirə iştirahkıları adından yuxarıda qeyd edilmiş səbəblər nədəni ilə eks-spiker Rəsul Quliyevə müraciətdə ünvanlanıb.
Redaksiya Qeydi: Oxucularımızın diqqətinə çatdıraq ki, Gələcək Azərbaycan Partiyasının məlum müşavirəsini siyasi ekspertlər Rəsul Quliyevin gəlişinə hazırlıqların başlaması kimi dəyərləndirirlər. Son günlər ölkə rəhbərliyinin, şəxsən prezident səviyyəsində Rəsul Quliyevi hədəf alan açıqlamaları da məhz onun gəlişindən doğan rahatsızlığın ifadə edilməsi kimi qəbul edirlər.