Vidadi İsgəndərli- İnqilab Xalqın Hüququdur


14224732_148839382230693_9030217613745649317_n

“Demokratiyanın Müdafiəsinə Kömək” İctimai Birliyinin sədri,tanınmış  hüquq müdafiəçisi Vidadi İsgəndərli Müxalifətin Sentyabr ayının 11 də keçirəcək mitingi ilə baglı Euro Asia News saytına müsahibə verib.

Sual- Vidadi Bəy hər dəfə  siz bildirirsiz  ki, İnqlab olmasa hakimiyyət dəyişikliyi olmayacaq və hətta feysbook səhifənizdə  İnqlab Azərbaycan Xaqının Hüququdur adlı qrup yaratmısınız. Dediklərinizin  məqsədini,taktika və streteqiyasını açıqlaya bilərsinizmi?

Cavab- Bu ən sadə düsturdu.Qeyd etmək istəyirəm ki, hələ 1993 ci ildən etibarən Heydər Əliyev hakimiyyətə gələn gündən kriminal strukturların  əsaslarını qoymüşdur.

İcra başçıları,nazirlər, prokurorlar,ümümiyyətlə nəinki dövlət məmurları postuna,hətta xadiməni belə işə götürəndə ,rüşvətlə götürürdülər. Rüşvət  Heydərizm  hakimiyyətinin  əsas prinsipidir. Yəni rüşvət və korrupsiya dövlət idarəçilik sisteminə çevrilmişdir. İlham Əliyev də demək olar rüşvətlə hakimiyyətə gətirilib . İlham Əliyevin dönəmində isə neftin qiyməti dayanmadan qalxırdı. Nəticə etibarı ilə korrupsiyanın ,rüvətində məzəndəsi günü -gündən artırdı.

Monopoliya da Kriminal hakimiyyətin mahiyyətidir iktisadiyyəti inkişaf etməyə qoymur və sairə.

1993 cü ildən bu günə kimi Azərbaycanda bütün seşkilər saxtalaşdırılır,İlham Əliyev və onun komandası Respublika səviyyəsindən çıxaraq korrupsiyanı Beynalxalq miqyasa çatdırmışlar. Avropa Surası deputatlarına ,bəzi ABŞ konqressmenlərinə, Beynalxalq təşkilatlara küllü miqdarda rüşvət verilir və s (kürü diplomatiyası). Fikir verin neftin qiymətinin düşməsi ,faktiki  Azərbaycan xalqını da, dövlətini də dizi üstə çökdürdü . Bu məqamda İlham Əliyev konstitusiyaya dəyişiklik etməklə Kriminal hakimiyyətin ömrünü uzatmaq istəyir.

İndi mən sizə və 10 millionluq xalqıma müraciət edirəm – əgər İlham Əliyev mahiyyətcə ,anti-milli, korrupsiyalaşmış,mütəşəkkil cinayətkar bir quldur  hakimiyyət formalaşdırırsa, bütün seçkilər saxtalaşdırılırsa xalq nə etməlidir ?

Sözsüz ki Xalq  İnqlab etməlidir

Bu Xalqın hüququdur-çünki, hakimiyyət kriminal idarəçilik sistemini Dövlət sisteminə çevirib .

Sual- Vidadi Bəy siz ixtisasca hüquqşunasınız. Bəs Xalqı İnqlaba sürükləmək cinayət deyilmi ?

Cavab- Əgər mən Xalqı silahlı üsyana dəvət edib hakimiyyəti devirmək çağırışlar etsəydim  bəlkədə siz deyənlə razılaşardım. Baş prokuror Qaralov Zakir bir neçə dəfə bu məsələni İlham Əliyevin diqqətinə çatdırıb. Ancaq bir daha diqqətinizə şatdırıram .

Mən   İnqlab Xalqın Düsturudu deyəndə nəzərdə tuturam ki, Xalqımız öz  hüquqlarını qorumağa bacarmalıdır. Hesab edək sentyabrrın 26 da referendumla  bağlı səs vermə keçiriləcək . 10 million xalqın 5 yaşlı uşağıda bilir ki, bu seçki saxtalaşdırılacaq( seçki kommisiyaların  əksəriyyəti  100 % hakimiyyət orqanlarının nəzarətindədir).

Xalqın İnqlab etmək hüququ yaranır . Xalq bu seçkiləri baykot edir və hüquqlarını qorumaq üçün qorxmadan meydanlara çıxır. Simvolik İnqlabi şərait yaranır. Əgər kriminal hakimiyyət silah,zor tətbiq etsə- xalqın özünü müdafiə etmək hüququ yaranır. Beləliklə böyük mütəşəkkil xalq hərakatı yaranır  və qansız-qadasıs hakimiyyət dəyişikliyi olur.

Sual- Belə olan halda  Xalqa (İnqlabı proseslərə) kim rəhbərlik edəcək?

Çox yaxşı və məntiqli sualdı. Heç kim dilinə gətirə bilməz ki, AXCP , Müsavat partiyası, REAL hərakatı və s . müxalifət partiyaları deyil. Sadəcə xalq müxalifətdən – müxalifətin isə xalqdan küşgünlüyü var . Xalq müxalifəti ittiham edir ki, niyə 23 il  bu hakimiyyətə qalib gələ bilmir. Müxalifət isə xalqı ittiham edir ki, 10 million xalq öz hüquqları uğrunda mübarizə aparmaq istəmir,gözləyirlər ki, kimsə gəlib bu hakimiyyəti devirəcək. Əslində hər iki tərəf haqlıdır.

Fikir verin xalqın 98 % bu gün kriminal rejimdən narazıdır .ancaq müxalifət partiyaları yaranmış vəziyyətdən  istifadə edə bilmir. Çünki, bu 23 illik müxalifətçilik dönəmində bu və yaxud digər müxalifət partiyaları hakimiyyətin senariyası ilə hərəkət ediblər. Hamı bilir ki, bütün seçkilər saxtalaşdırılıb . Onda sual olunur ,hansı səbəbdən 1993 dən 2005 qədər müxalifət partiyaların nümayəndələri parlamentdə yer alıblar ? .Yəni elə bir partiya yoxdur ki, az da olsa günahsız olsun.

Müxaliət partiyaların biri -birinə olan nifrəti ,onların YAP-a olan nifrətindən daha kəsgindir. Bu məqam isə baş uçaldan amil deyil. Fikir verin Elçibəyin məzarını müxalifət partiyaları ayrı -ayrılıqda ziyarət edirlər. İndi də xalqın bu ağır günündə mitinqi ayrı-ayrı günlərdə edirlər. Xalq kimin mitinqinə getsin . Bəlkə mən 17 sentyabra mitinq elan edib -xalqı dəvət edim ?

Sual- Bəs bunun sonu necə olacaq?

Cavab- Gec ya tez  Xalq ayağa qalxacaq. Onda xalqın içindən bir nəfər mütləq Xalqın Bayrağı olacaq. Müxalifətə ehtiyac olmayacaq ki, onlar aparıcı olsunlar. Çünki, bu yolu öz ambissiyaları ilə mənim əqidədaşlarım , dostlarım özləri seçdilər. Əgər belə bir vəziyyət  yaranarsa nə xalq qazanacaq ,nə müxalifət,nə də kriminal hakimiyyət.

Qazanan isə  mənim Xalqımın və Dövlətimin düşmənləri olacaq .

Sual-Vidadi bəy  xalqa nə müraciətiniz var ?

CavabMillətini  torpagını sevən  hər kəsi  11 sentyabr  Milli Şuranın   və 18 də Müsavatın təşkil etdiyi mitinqə dəvət edirəm .

Xalq dərk etməlidir ki, onun 3 trillyon dəyərində neft -qaz  digər energi resursları  Əliyevlər  və kriminal YAPalaq hakimiyyəti  tərəfindən mənimsənilir. Azərbaycanda Avtoritarizm -kriminal hakimiyyət mövçuddur . Kriminal avtoritar rejimlərdə isə hakimiyyət dəyişikliyi olmur

Gələcək nəsillər bunu bizə bağışlamayacaqlar. Bir çıxış yolu var o da İnqlab etmək 

İnqilab ən düzgün seçimdir və bu Azərbaycan xalqının Hüququdur .

Müsahibəni aldı  EAN -nın xüsusi muxbiri Məmməd Məmmədov