“Get sahibin gəlsin!”


agasif-sakiroglu

Rəsul Quliyevin nümayəndəsindən deputata cavab

“Düşünmə Rəsul Quliyevdən cavab almaq şərəfinə nail olacaqsan. Boşuna uğraşma. Sənə verilə biləcək ən yaxşı cavabım odur ki, get, sahibin gəlsin!”.

Bu sözləri Rəsul Quliyevin nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deputat Elşən Musayevin “Yeni Müsavat” qəzetində dərc olunan açıqlamasına cavab olaraq bildirib.

“Milli Məclisə “seçilən” deputatların hansı yolla “seçildiklərini” xalqımız çox gözəl bilir. Bu formalı təyinat əsasında “seçilən” deputatdan da başqa şey zatən gözləməyə dəyməzdi. Onu təyin edənlərin qarşısında ayı xidməti göstərməklə, öz borcundan çıxmağa çalışır. Milli Məclisdə təyinatla seçilmişlərin əksəriyyətinin bisavad və nadan olduğunu bilirdik amma bu səviyyədə təsəvvür etmirdik sadəcə”, – Ağasif Şakiroğlu deyib.

ffb68c3a0f6b

Ağasif Şakiroğlu deputatı savadsızlıqda ittiham edib.

“Belə olmasa, eks-spiker Rəsul Quliyevin Euro Asia News ,Meydan TV,  Bastainfo.com, Azadlıq.info-da dərc olunan və cəmiyyət tərəfindən böyük maraq və dəstəklə qarşılanmış, toplam 100 mindən çox insanın oxuduğu müsahibəni təhrif etməzdi”, – Ağasif Şakiroğlu bildirib.

“Zamanında hakimiyyətə səndən də yaxşı ayı xidməti göstərənlər olub. İndi onlar ya qəbirdə, ya da həbsdədirlər… Düşünmə Rəsul Quliyevdən cavab almaq şərəfinə nail olacaqsann. Boşuna uğraşma. Sənə verilə biləcək ən yaxşı cavabım odur ki, get sahibin gəlsin!”, – Ağasif Şakiroğlu bildirib.