Milli Şura sədri Cəmil Həsənli Azərbaycan Gənclərinə çagırış etdi


14199596_1102982703109691_6116196010548334046_n

Ey gənclik! 11 sentyabr sənin mitinqindir. Bu ölkədə avtoritarizmin, korrupsiyanın, maliyyə-iqtisadi səfalətin, işsizlik və siyasi təqiblərin birinci hədəfi sənsən. İyrənc və uydurma narkotika ittihamının da bütün mənəvi və siyasi ağırlığı sənin üzərindədir. Ölkəni bürümüş böhranın birinci hədəfi sən oldun.

Ötən il 17 min gənc təhsil haqqını ödəyə bilmədiyinə görə ali məktəbləri tərk etməli oldu. Axı, sən ölkənin tək sabahı deyil, həm də bugünüsən.

Babalarımız dağınıq bir ərazidən VƏTƏN, dağınıq bir toplumdan MİLLƏT yaratdılar, kos-qoca imperiyanın xarabalıqları üzərində cümhuriyyət bayrağı ucaltdılar. 11 sentyabrda öz varlığını ortaya qoy, bu VƏTƏNƏ sahib çıx, bu MİLLƏTƏ nicat yolun göstər, cümhuriyyət bayrağını enməyə qoyma.

Bu sənin vətənindir!