Eks Spiker Rəsul Quliyev Xalqa səsləndi


644513_349773148467995_1959988521_n

11 və 18 SENTYABR MİTİNGLƏRİ İLƏ ƏLAQƏDAR

Əziz Azərbaycan vətəndaşları bu mitinglərin kimlər və hansı təşkilatlar tərəfindən keçirilməsi sizi maraqlandırmamalıdır. Birinci mitinqi MŞ və ikincisini Musavat partiyası keçirir qoy onları dəstəkləyənlərdə iştirak etsin prinsipi hamımızın ziyanına işləyəcəkdir.Bu mitinqlərdə ellilikcə iştrak edib konstitusion diktatura istəmirik deməlisiniz.
Bu gün kimlərsə MŞ, kimlərsə Müsavat partiyasına, onların rəhbərlərinə inanmır və onların bayrağı altında yığışmağı istəmir. Ola bilər bəzi özündən müştəbehlər bu fikirlə razı olmasın. Ancaq onların fikirləri sizi maraqlandırmasın. Əsas məsələ biz qul olmaq istəmirik harayınızı hakimiyyətə çatdırmaq və onu referendumdan çəkindirməkdir. Onun üçün də hakimiyyət tərəfdarları ağıllılarından tutmuş heç bir siyasətlə məşğul olmayanlara qədər hamı mitinqə getməlidir. 1-ci mitinq izdihamlı ,ikinci mitinq isə möhtəşəm olmalıdır.

Mitinqdə kimlərin çıxış etməsi sizi maraqlandırmasın. 2-3 ildir eyni adamların təxminən eyni mövzularda çıxış etdiklərini görmüsünüz. Bu dəfəki mitinqlər (əvvəlki mitinqlərdə MŞ özünün gücünü göstəmək istəyirdi və təəssüf gözlənilən əks effekt verdi) fərqli mitinqlərdir. Bu dəfə məqsəd hansı isə bir təşkilatın gücünü göstərmək yox xalqın qanuni diktaturaya yox deməsini göstərmək olmalıdır və onun əsas iştirakçıları siz sadə vətəndaşlar olmalısınız.

Hakimiyyət xalqın yox deməsinin 15-20 min insanın yerləşə biləcəyi meydana sığmadığını görməlidir.


Sentyabr ayının 11-də bütün partiyalar, müxtəlif birliklər mitinqdə iştirak etməlidir və sizlər mənim facebookumda olan minlərlə adamlar özünüzə əziyyət verib o mitinqə getməlisiniz. Ayin 18-də mitinq eyni qaydada yenidən bütün partiya və birliklərin sadə vətəndaşların iştirakı ilə və ən azı birincidən 3-4 dəfə güclü keçməlidir ,çünki bu mitinq axırıncı mitinq olacaq.
Bu dövrdə partiya və birliklər həmişə olduğu kimi özlərinin reklamı ilə məşğul olmamalıdır. Yeganə reklam mən qul olmaq istəmirəm harayı olmalıdır.Əziz azərbaycanlılar biz azad insanlarıq deməyin vaxtı çatıb,bu bizim axırıncı şansımızdır, əldən buraxmayın.
Sizə uğurlar.

Rəsul Quliyev