Vidadi İsgəndərli Polisə çağırılıb


  • 14224732_148839382230693_9030217613745649317_n

    “Demokratiyanın Müdafiəsinə Kömək” İctimai Birliyinin sədri,tanınmış  hüquq müdafiəçisi Vidadi İsgəndərli Müxalifətin Sentyabr ayınında keciriləcəyi planlaşdırılan mitinqiylə baglı yenidən  Euro Asia News saytına müsahibə verib.

    Sual- Vidadi Bəy verdiyiniz məlumata görə bu gün səhər yaşadığınız mənzilə Mütəşəkkil Çinayətkarlığa  qarşı  mübarizə idarəsinin əməkdaşları ğəlib sizi soruşublar. Onlar sizdən nə istəyirlər?. Məqsədləri nə olub ?

    CavabÖncə deyim ki, keçmişdə Heydər Əliyevin dönəmində bu İdarə Banditizmə -Terrozmə qarşı idarə adlanıb.İnanın hələ  o dönəmdən bu qurumun əsas məqsədi ,banda və yaxud terrorçulara qarşı deyil yalnız Azərbaycanın həqiqi  Müxalifət partiya liderlərinə onun nümayəndələrinə,”sahibsiz” sahibkarlara, qarşı mübarizə idarəsi idi. 90 illərin ortarından 2000 ilə qədər bu idarədə yüzlərlə bəlkə də 1000 lə insana işgəncə verilib.Bu adı cəkilən şeytan yuvasında hətta qətlə yetirilənlərdə olub .

    Bir də bu idarə faktiki “cinayətkar razborkalarla ” məşğul idi . Amma Beynəlxalq aləmin və Xarici təşkilatların təzyiqi nəticəsində bu “idarə ” ləğv olundu” . İlham Əliyev hakimiyyətə gələndə bu idarə əvvəlki funksiyasını bərpa etdi ( Nardaran işi buna əyani sübutdur).

    Bildergebnis für nardaran hadisələri

    Qeyd edim ki. bu idarənin adı  insanlarda təxminən Alman faıizmində “Qestapo” idarəsi kimi steriotip yaradır .Bütün Avtoritar rejimlərə xas olduğu kimi , azərbaycandada bu cinayətkar qurum törətdikləri işgəncələri və çinayətləri aşkar etməklərinin əsas məqsədləri  İnsanlarda  qorxu hissi yaratmaq və anti-milli hakimiyyətlə mübarizə əzmini  sındırmaqdır

    Sual– Bu ki hüquq mühafizə orqanıdır .Bəs bu  təşkilat qanundan qorxmur cəkinmir  ?

    CavabAvtoritar rejimlərdə qanun olmur ? Yadınızdadır 2003 ildə oktayabr seçkilərində polislər 3 vətəndaşı meydanda qətlə yetirdilər . İlham Əliyev televizion kanallarında elan etdi ki, mənə deyirlər ki  cinayət etmiş polisləri cəzalandırım . Mən (prezident) bunu etməyəcəm,çünki polislər düz edib

     Mən heç vaxt onları(polisləri) cəzalandırmayacam deyə prezident İlham Əliyev bunu televizya vasitəsi ilə elan etdi.Hakimiyyət bu cür cinayətləri  törətmiş  polisləri  mükafatlandırdi. Onların vəzifəsi böyüdüldü, rütbələr verildi  və s.

    Odur ki, polis “əməkdaşlar” arasında belə cinayəti  törətmək uğrunda əsil “ölüm-dirim ” savaşı gedir . Əslində belə cinayətlərə Baş prokurorluq nəzarət etməlidir .Ölkənin boş prokuroru   Zakir Qaralov qanunlara nəzarət etmək yerinə kommersiya fəaliyyəti ilə məşgul olur.Ölkənin bütün sektorlarında faktiki xaos talançıliq rüşvətxorluq baş alıb gedir . Baş Prokuror  faktiki “kukla” rolunu oynayır. Bir də Ramil Usubovun adı gələndə Qaralov sözün əsil mənasında “yerini batırır”

    Mən belə hadisənin şahidi olmuşam

    Sual – Qayıdaq bu günki baş verən hadisəyə. Sizcə  DİN -nin MCQ Baş idarəsinin əməkdaşları   sizin dalınızca evə gəlməkdə məqsədləri nə olub.?

    Cavab – Öncə qeyd edim ki, mən hal -hazırda respublikada deyiləm. Ölkələrin  birinə ürəyimdən əməliyyat olunmağa gəlmişəm. İnşallah hər şey normal olsa bir-iki aya vətənə dönəcəm . Məni niyə axtarırlar ? Bəlli məsələdir. 11 Sentyabr Mitinqinə  dəstək verdiyim üçün .

    14238150_1062387197143268_4372054644449739820_n

    Xalqımı”Mədəni” inqilaba dəvət etdiyim üçün , hakimiyyəti  xüsusən dövlət məmurlarının  o cümlədən Baş Prokuror Qaralov Zakir Bəkir oğlunun silsilə cinayətlərini içtimayiləşdirdiyim üçün və digər başqa səbəblərə görə axtarılıram  . Sadəcə Xalqı qorxudurlar ki, baxın bizim ücün fərq etməz,hüquq müdafiəçisi, müxalifət partiya rəhbəri(Arif Haçılını da Baş Polis idarəsinə dəvət ediblər

    Sual – Sonda bir məsələyə aydınlıq gətirməyinizi xahiş edərdim . Bildiyiniz kimi YAP iqtidarının   Ali qanunverici organi olan  Milli Məclis bu yaxınlarda  Azərbaycan Respublikası Cinayət məcəlləsinə əlavə və dəyişikliklər edərək yeni bir maddə əlavə edib.Bu   dövlət çevrilişinə cəhd,çağiriş maddəsidir  və  həmdə bu cəzada  ömürlük həbs nəzərdə tutulur. Bu haqda sizin bir huquqşünas olaraq  fikirlərinizi bilmək istəyərdik

    Cavab – Çox aktual və məntiqli sualdı.Birincisi bu yeni məcəllənin yaranması Avtoritar rejimin mahiyyətindən xəbər verir.Artıq kriminnalaşmış rejim mənsubları anlayırlar ki, hakimiyyəti seçki yolu ilə dəyişdirilməsi mümkün deyil.

    Qalır başqa yollar .

    1)Hakimiyyət dəyişikliyinə hakimiyyətin içindən nail olmaq  

    2)Hakimiyyət dəyişikliyinin xalqın etirazları nəticəsindədə nasil olmaq

    3 ) Xaricidən müdaxilə amili olaraq

    . Bax bu 3 kateqoriynın qarşısını almaq məqsədilə “qanunda 2 cinayət məcəlləsində dəyişiklik etdilər ki, İctimayyətin gözü qorxsun ki, kütləvi mitinq zamanı inqlaba cəhd olmasın

    Bu qorxu avtoritar kriminal rejimin mahiyyətindən irəli gəlir . Bütün bunlara baxmayaraq Azərbaycanda Demokratiya qalib gələcək. Bu tarixin Qanunudur .

     

    Müsahibəni aldı 

    EAN Xüsusi müxbiri Məmməd Məmmədov