Azərbaycanlı məmurlarin ABŞ və Avropadakı əmlaklarına həbs…


img_1706
Diplomatik mənbələrdən sızan özəl xəbərə görə, Amerika  və  Avropa ölkələrində mal-mülk sahibi olan məmurları ciddi sanksiyalar gözləyir.
ABŞ,İsveç ,Fransa, İngiltərə, Çexiya, Yunanıstan, Monteneqro və Macarıstanda mənzillənmiş oliqarx nazirlərin əmlaklarının siyahıya alınması prosesi başlanıb.
ABŞ Dövlət Departamentinin yenidən sankiyaları müzakirəyə çıxarması və referendum ərəfəsində gündəmə gətirməsi siyasi təzyiqlərin tərkib hissəsi ola bilər.
Hakimiyyətdə olan  nazirlərin bəzi miilət vəkillərinin korrupsiya pullarına aldığı villalar və dəbdəbəli evlər, otellər,restoranlar o cümlədən bank hesablarındakı milyonlar Qərbin nəzarətində saxlanır.

12194_1730313307205069_4583696624518948656_n
“McCain” Beynəlxalq Liderlik İnstitununun insan haqları və demokratiya direktorlarından David J.Kramer və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda George Mason Universitinin professoru olan Riçard Kozlariç “Vaşinton Post” qəzetində sərt tənqidlə çıxış ediblər.
Müəlliflərin fikrincə, belə bir məqamda Birləşmiş Ştatlar Azərbaycana qarşı həlledici hərəkətə keçməlidir

Məqalədə deyilir ki, Christopher H. Smith-in ötən dekabrda tərtib etdiyi və Azərbaycana qarşı sanksiyalar nəzərdə tutan qanunvericilik aktı layihəsini istisna etməklə, Vaşinqton susmağa üstünlük verir. Bir sözlə, yazı müəllifləri sanksiyaları işə salmağa çağırış edib.
Məlumata görə, bu təzyiqlər hakimiyyətdəki bəzi məmurların xaricdəki bank hesablarının dondurulması və daşınmaz əmlakına həbs qoyulması ilə nəticələnə bilər.
Bir müdət əvvəl də məmurlara sanksiya çağrışları olmuşdu. Məmurlar siyahısında Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovunda adı keçir
EAN