Eks Spikerdən iktidar düşərgəsinə sərt sözlər


644513_349773148467995_1959988521_n

Son vaxtlar ölkənin prezidentindən tutmuş bəzi sarayın nökəri olmaq üçün növbəyə duranlar mənim haqqımda sayaqlama yazılar yazır və Az Tv-də həmişəki kimi boş şeylər göstərirlər.Mənim əleyhimə qondarma ,həyasız çıxışlar 1996-ci ildən vüsət alıb bu günə qədər davam edir.

Bu illər ərzində yaltaqların, sərsəmlərin yeni yaranmış nəsli dahada cılızlaşımış və ümumiyyətlə Azərbaycana onların çıxışlarına görə qiymət verilsə ,bu ölkədə yarım insanlar yaşayır qənaətinə gəlmək olar.

Şükürlər olsun ki, bu belə deyildir,ölkədə təşkilatlanmanı bacarmayan ancaq kifayət qədər intlektual potensial var, şərait yetişəndə onlar Azərbaycanın ancaq yaltaq,oğru, başqasının malını yeyən və həyasızlıqla başqalarına şər atanlardan ibarət olmadığını sübut edəcəklər.


Nökərliyə namizədlərə yox (ən yaxın nökərkiyə namizədlər,bəzi təyin olunmuş deputatlardır) bu hakimiyyətin 13 il ərzində apardığı antixalq siyasətinin mahiyyəti və nəticələri haqqında video yazı ilə sizə müraciət edəcəyəm.

Çalışacağam bu video müraciət referenduma qədər olsun.Baxıb çıxardığınız nəticələri mənimlə bölüşəcəyinizə inanıram.

 

Hörmətlə Rəsul Quliyev