Musavat Başkani Arif Hacıli Xalqı meydanlara səslədı


5aprel2015-mitinq

Müsavat və digər siyasi təşkilatlar sentyabrın 18 – də saat 17- dən 19 – dək mitinq keçirəcək.Bununla baglı Musavat Başkanı Arif Hacılı Xalqa  səsləndı

184958_198200756875189_4080274_n.jpg

Əziz həmvətənlər,
Dəyərli bacı və qardaşlarım!

Bu günlər ölkəmizin taleyi, vətənimizin gələcəyi üçün çox önəmlidir.

Bu ayın irəlidə olan günlərindəki davranışlarımız bəlkə də uzun illər üçün taleyimizi müəyyənləşdirəcək.

Yaxın dövrdəki fəaliyyətimiz ölkədə siyasi qüvvələr nisbətini müəyyən edəcək. Biz nəhayət, hakimiyyəti xalqın iradəsi ilə hesablaşmağa, saxta referendumdan vaz keçməyə məcbur edə bilərik. Xalqımızın qadir olduğu və layiq olduğu azad, firavan dövlətin quruculuğuna başlaya bilərik.

Müsavat və digər siyasi təşkilatlar sentyabrın 18 – də saat 17- dən 19 – dək mitinq keçirəcək.

” Biz nə edək, bizdən nə asılıdır?” – deyənlərə cavabım budur: 18 sentyabrda, saat 17-də, “İnşaatçılar” metrosu yanında “Məhsul” stadionunda razılaşdırılmış mitinqə gəlin.

18 sentyabr bəlkə də hər birimizin azad yaşayıb, azad işləmək, təqiblərdən xilas olub asudə yaşamağımız üçün vacib olan demokratik proseslərin yüksəklişinin başlanğıc günü olacaq.

Ona görə də vətənin gələcəyini düşünən hər kəsi sentyabrın 18- də saat 17 – də mitinqə dəvət edirəm.

Gəlin taleyinizə sahib çıxın, gələcəyinizi müəyyən edin!