Ukraynanın paytaxtında Azərbaycanlılar Miting keçirir


22-5.jpg

Bu gün Kiyev vaxtı ilə saat 12:00-da Ukraynanın paytaxtında azərbaycanlı icmasının nümayəndələri mitinq keçirəcək.

Bu məlumatı Azərbaycan-NATO Əməkdaşlıq  İnstitutunun rəhbəri Fərrux Məmmədov facebook sosial şəbəkəsində yayıb. O, bildrib ki, etiraz aksiyasına səbəb Ukraynada yaşayan azərbaycanlı iş adamlarına qarşı kütləvi repressiyanın tətbiq olunması, onların qətlə yetirilməsidir.

Bir neçə gün öncə F.Məmmədov bu qətllərin Ukraynanın daxili işlər naziri, milliyətcə erməni oloan Arsen Avakov tərəfindən təşkil olunduğunu bəyan etmişdi.

EAN