Dünən Bakıda Seçki Dairələrinin 6 Məntəqə Seçki Komissiyasının (MnSK) sədri və onlarla üzvü vəzifədən istefa veriblər. Onlar əksəri YAP üzvüdürlər. Qarşıdan gələn Referendumla bağlı keçiriləcək səs vermənin nəticələrini saxtalaşdırmaqdan imtina ediblər.
İstefa vermiş MnSK sədrlərindən biri ilə söhbət etdik.Adının hələlik medyaya açıklanmasını istəməyən Yapçı MnSK sədrindən istefaların səbəbini soruşduq. Şəxs səmimi şəkildə etiraf edir ki, etdiyi əməllərdən peşmandırlar və o fikrini bu cür izah etdi:Nə vaxta qədər seçkiləri saxtalaşdırıb onların (hakimiyyəti nəzərdə tutur- red.) cinayətinə şərik olmalıyıq Hansı günümüz üçün bu addımı atmalıyıq, bundan ağır güzəranmı var?
Gecikmiş də olsa haqlı cabab sualdır. Ziyanın yarısından qayıtmaq da xeyrdir. Aldıgımız məlumatda MnSK sədrliyindən və üzvlüyündən istefa vermiş şəxslər təzyiqlərə məruz qalıblar. Çoxu iş yerlərini itirəcəklərindən narahatdır. Amma onların bu addımı gecikmiş olsa da digər seçki komissiyası üzvləri üçün düşündürücü və örnək addımdır.
MnSK sədri medya vasitəsiylə həmkarlarınna müraciət etdı; <YAP üzvü olan və olmayan seçki komissiyasının üzvləri, seçkiləri saxtalaşdırmaqdan imtina edin, nə vaxta qədər bu cinayətə şərik olmalısınız? Hansı gününüz və güzəranınız üçün bu addımı atırsınız?
Mövzunu gündəmdə saxlayacagık
[…] Buna da bax: Yap -da istefalar başladı […]
LikeLiked by 1 person
[…] Buna da bax: Yap -da istefalar başladı […]
LikeLiked by 1 person