Rəsul Quliyev;Hakimiyyətin antixalq siyasətini Xalqıma düşmənçilik siyasəti kimi qəbul edirəm


310310_121608784617767_242295055_n

Bu mövzuda ətraflı videoçıxış etməyə hazırlaşıram, bu çıxışlar bir neçə hissədən ibarət olacaq, ancaq nə vaxt olacağı hələ müəyyənləşdirməmişəm.

Yazılarımı oxuyanların bir çoxu mənim hakimiyyətə və müxalifət liderlərinə münasibətimin eyni dərəcədə neqativ olduğunu düşünürlər. Əslində bu belə deyildir, daha doğrusu qətiyyən bu belə deyildir. Hakimiyyətin antixalq siyasətini öz ölkəsinə, öz xalqına düşmənçilik siyasəti kimi qəbul edirəm və təbii onları 21 -ci əsrin ən mənfi personajları hesab edirəm.

Müxalifət liderlərini antixalq siyasətində suçlamaq fikirim heç vaxt olmayıb. Onlar zamana, cari vaxta uyğun vəziyyəti düzgün analiz edə bilmədiklərindən səhv qərarlar qəbul edirlər və nəticədə bu yaramaz hakimiyyəti gücləndirirlər kimi nəticə çıxardıram və bu tipli davamlı səhvlərini təkrar etməməyə çağırıram. Belə səhvlər başda liderləri olmaqla istər MŞ, istər AXCP, istərsə də Musavat partiyalarının fədakar insanlarının fədakarlığının üzərindən xətt çəkir.

Başda prezident olmaqla bu hakimiyyət heç zaman, lap 10 illər keçsə də düzələ bilməz. Bu prezidentin ağlı inkişafdan dayanıb ona görə də o H.Əliyevin (Kommunist partiyasının o vaxtkı 1-ci katibi) 1970-ci illərdə kənd təsərrüfatı aktivləri ilə keçirdiyi iclasların (həmin Ağcabədidə o vaxt belə görüş keçirilmişdi) videolarına baxıb eyni şeyləri təkrar etmək istəyir. Üstündən 40 il keçməsinə baxmayaraq eyni mədhiyyə çıxışlar, eyni yalan raportlar və ən əsası prezidentin ancaq yalanlardan yoğrulmuş çıxışı və xalqın qismən bu çıxışlara inanması faciədir.

Balaca Heydəri prezident görmək istəyirəm deməyə öyrədilmiş yaşlı bir qadının çıxışından xüsusi ləzzət alan prezident Azərbaycanlıların başına gəlmiş ən böyük fəlakətdir.

Pambıq istehsalını artıracağıq və nəticədə 100 min iş yeri açılacaq kimi ağ yalanı, xalqının ən aşağı problu insanlardan ibarət olduğuna inanan , ömrünün axırına qədər qulu olacağına əmin olan adam deyə bilər. Bir sözlə hər bir vətəndaş düşdüyü vəziyyətdən çıxış yolu axtarmalıdır. Bu insanlar düzələn deyildir. Çünki intlektual səviyyələri yoxdur.