Bakı Polisinin əməkdaşları tərəfindən biznesmen sarayının yandırilma ani. Video


56303

Bakı şəhər Baş Polis İdarəsi rəhbərliyinin  sifarişi ilə biznesmen sarayının yandırılması anı videoda 

Azərbaycan Daxili İşlər Naziri  Ramil Usuvov tərəfindən  idarə olunan DİN adli cinayətkar təşkilatın   Dunyadakı  teror təşkilatlarından heç bir fərqi yoxdur.Butun cinayətlərin bir başı  DİN Ramil Usubovla baglanır

Tanınmış hüquqşünas iş adamının həbsinə səbəb olan nadir videonu yaydı. Vəkil Adəm Məmmədov paylaşdığı videoya şərh verib ki, görüntülərdə Bakıxanov qəsəbəsində yerləşən “Şəhriyar” Şadlıq Sarayını yandırması cinayətini əks etdirən nadir videogörüntüdür. yanğını həyata keçirən şəxs isə hələlik adını açıqlamadığı Bakı şəhər Baş Polis İdarəsinin yüksək vəzifəli polkovnikinin sifarişi ilə həyata keçirən Qoçəli adlı şəxsdir.

A.Məmmədovun videoya aydınlıq gətirərək vurğulayır ki, görüntüdəki sarayı yandıran şəxsin belində tapança var. Yanğın hadisəsindən bir müddət sonra sarayın sahibi olan iş adamı Nəriman Əliyev cinayətin videoya çəkildiyini Bakı Şəhər Baş Polis İdarəsində bu cinayəti sifariş edən vəzifəli şəxsə çatdırır və ondan əl çəkməsələr əlində olan videonu ictimailəşdirəcəyini bildirir.

Bundan bir müddət sonra isə N.Əliyevi birdəfəlik susdurmaq üçün həbs eirlər. Ona qarşı Cinayət Məcəlləsinin 228.1-ci (“Qanunsuz olaraq silah saxlama”) və 234.4.3-cü (“Narkotik maddə satma”) maddələri ilə cinayət işi açılır. Hazırda Nəriman Əliyev saxta ittihamlarla həbsdə saxlanılır.

”Gülməlisi də odur ki, hüquqlarını müdafiə etdiyim həmin Nəriman Əliyev 13-cü bölməyə polisin dəvəti ilə özü getmişdi, və guya ki, üstündə də tapança və 3,270 qram narkotika ilə?!? Görün ki, nə dərəcədə primitiv üsullarla işləyirlər. Verilən ittihama görə də (maddə 234.4.3.) güya ki, həmin narkotikanı satmaq məqsədilə üstündə gəzdirirmiş və hesablayanda da görmək olar ki, belə bir böyük biznes sahibinə bu “alverdən” təxminən 20 manat qazanc qalacaqmış. Qeyd edək ki, hüquqlarını müdafiə etdiyim Nəriman Əliyev Şəhriyar sarayından savayı Füzuli rayonunda “Qarabağ” otelinin, “Qarabağ broyler” MMC kimi nəhəng biznes şəbəkəsinin sahibidir.

prezident İlham Əliyev özü də onun obyektlərinin açılışında vaxtilə şəxsən iştirak etmişdi.

14448793_970598893068009_6647109331396278991_n

Bundan əlavə Nəriman Əliyev 1-ci Qarabağ savaşı veteranıdır, sonuncu aprel döyüşlərində isə döyüş gedən bütün bölgələrə dərhal ümumilikdə 45 min manatdan artıq dəyəri olan paltar və ərzaq alıb yollamışdı. Görünür, iş adamlarını şərləyərək həbs etdirmək, var-dövlətlərini, obyektlərini ələ keçirmək əməli ilə tək MTN məşğul olmurmuş. Bunun bir qolu da başqa orqanlara gedib çıxırmış…”-deyə vəkil əlavə edib.

Bu işdə də hər şey Bakı şəhər Baş Polis İdarəsinin bəzi yüksək ranqlı şəxslərinin Nəriman Əliyevin biznesini ələ keçirmək məramından sonra başlayıb. Nəriman Əliyev bundan imtina etdikdən sonra obyektləri bu cür yandırıldı, cinayətin izi itirildi və nəhayətdə, özü həbs etdirildi. Ölkənin daha bir böyük biznes şəbəkəsi bu cür çökdürüldü….

Azärbaycan DIN;Baki şəhər;Respublika DYP və BPİ onun DYP adlı qurumları artıq cinayyətkar şəbəkə olaraq fəaliyyət göstərərlər

Cox yaxın günlərdə Baki Haciqabul yolunun 93 km yerləşən Kərpic zavodun video və rəsmlərini yayacıq.Kərpic zavod Azərbaycan Daxili işlər naziri  Ramil Usubova məxsus olundugu bildirlir və kərpic zavodun icracı drektorunun isə Ramil Usubovun əskər yoldaşı oldugu söylənilir

Ramil Usubovun adı kecən əskərlik dostunun oglu  Vugar isə Kərpic zavod yerləşən ərazidən 18 km uzaqlikda  DİN Respublika DYP aid Nəvai postunun komandırıdir 

hqdefault

Gələcəl saylarımızda məhz DYP postlarının kimə və necə xidmət etdikləri barədə söz acacik və Nəvai postunda acıq aşkar baş verən rüşvət almaları yayınlayacık