ABŞ-nın ardınca Avropa Şurası da Azərbaycana qarşı Sanksya təqbiq edilməsinə işarə etdi


avropa-ittifaqi-21654

Qurumun Nazirlər Komitəsi İlqar Məmmədovla bağlı daha bir qətnamə qəbul etdi

Avropa Şurasının Nazirlər Komitəsi REAL Hərəkatının həbsdə olan rəhbəri İlqar Məmmədovla bağlı yeni qətnamə qəbul edib. Qurumun sentyabrın 20-si və 21-də keçirilən toplantısında qəbul edilən qətnamədə siyasətçinin azad olunması istənilir.

Qətnamə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) İlqar Məmmədovla bağlı çıxardığı qərarın icrasının durumu ilə bağlıdır. Komitənin son toplantısında qəbul edilmiş sənəd Avropa Şurasının saytında yayımlanıb

AZƏRBAYCAN HÖKUMƏTİ ÖHDƏLİKLƏRİNƏ ƏMƏL ETMİR

Qətnamədə qeyd edilir ki, Avropa Konvensiyanın 46-cı maddəsi Avropa Şurası Nazirlər Komitəsinə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasını izləməkdən ötrü müstəsna hüquq verir. Sənəddə İ.Məmmədovun, hələ də, həbsdə tutulması qınanır, Azərbaycan hökumətinin Avropa Konvensiyasının 46.1-ci maddəsi ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyi vurğulanır.

Avropa Şurasının Nazirlər Komitəsi bir daha xatırladır ki, AİHM qərarlarının icrası hər bir üzv dövlətin öhdəliyidir.

SANKSİYALARA İŞARƏ

Sənəddə İ.Məmmədovun işi ilə bağlı Ali Məhkəmənin daha qısa müddətdə araşdırma aparıb, qərar verməsinin vacibliyi də ifadə olunub.

EBFFE0A8-35C8-459D-A618-CFD418A38649_cx0_cy3_cw0_w987_r1_s_r1

Qətnamədə Avropa Konvensiyasının həmçinin, 46.4-cü maddəsi və Avropa Şurasının 3-cü maddəsi yada salınıb. Həmin maddələr Avropa Şurasına üzv olan, məhkəmə qərarlarını icra etməyən ölkələrə qarşı qurumdaxili sanksiyaların tətbiqi prosedurunu nəzərdə tutur.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun azadlığa buraxılması barədə qərar çıxarıb. Avropa Şurasının Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.