Neft ucuzlaşmaqda davam edir


11462

Dünya bazarında neft ucuzlaşır.

  Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,84 dollar azalaraq 44,48 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,76 dollar azalaraq 45,89 dollar olub.