Tiflisdə Azərbaycan səfirliyi önündə ”Referenduma yox!” aksiyası keçirilib


ed0847c0-d263-45a6-a540-0c31617ca576_cx0_cy14_cw0_w987_r1_s_r1

Tiflisdə bir qrup siyasi mühacir və təzyiqlə üzləşmiş jurnalist Azərbaycan səfirliyi qarşısında “Referendum yox!” şüarı ilə aksiya keçirib. Saat 13:00-da başlayan aksiyada Azərbaycanda keçirilən 26 sentyabr Referendumuna etiraz edildi. Fəallar “Xalq kral istəmir”, “Referenduma yox!”, “Siyasi Məhbuslara azadlıq” kimi şüarlar səsləndiriblər.

Səfirliyin mühafizə xidməti əraziyə Gürcüstan polisini cağırıb və aksiyanı dayandırmaq tələb edilib.

Aksiya iştirakçıları qanunla buna haqları olduğunu və tədbirin dinc şəkildə təşkil edildiyini bildirəndən sonra polis onları səfirlik ərazisindən kənarda dayanmağa çağırıb.

Vidadi İsgəndərli, sabiq vicdan məhbusu
– Məqsədimizə çatdıq. Polis müdaxilə etmək istədi, lakin çox korrekt bir şəkildə bu mitinqi biz başa çatdırdıq. Bu referenduma bütün beynəlxalq təkilatlar, o cümlədən Venesiya Komissiyası da çox mənfi rəy verib. Bu dünyada qəbul olunmayan bir normadır. Bu referendum İlham Əliyevin demokratiyanı basdırması deməkdir.

Əfqan Muxtarlı, jurnalist
– Konstutusiyanın bir ailənin xeyrinə dəyişdirilməsinin, əliyevlərin krallıq rejimi qurmaq istəməsinin əlehinəyik. Əliyevlər rejimi, başda İlham Əliyev olmaqla başa düşməlidilər ki, etirazçı insanları ölkədən qovmaqla onlardan yaxa qurtara bilməyəcəklər. Bu insanlar dünyanın hər yerində əliyevlərə, kral hakimiyyətinə yox deyəcəklər. Biz qurucu babalarımızın – cumhuriyyətçilərin yolunu davam etdirəcəyik və Azərbaycanda monarxiyanın qurulmasına imkan verməyəcəyik. Bunu Azərbaycan hakimiyyəti, xüsusən də İlham Əliyev yaxşı bilməlidir.

Tural Qurbanlı, jurnalist
– Referendumla İlham Əliyev təkcə siyasi hakimiyyəti yox, vətəndaşların bütüb mülkiyyət hüquqlarını əlindən alır. Bu, o deməkdir ki, heç bir Azərbaycan vətəndaşının mülkiyyət hüququ ola bilməz. İlham Əliyev istədiyi vaxtı parlamenti buraxa bilər. Yəni nə zamansa millət vəkilləri xalqın fikrini parlamentdən səsləndirsələr və bu kralın xoşuna gəlməsə, kral istədiyi vaxtı parlamenti buraxa bilər, lap orta əsrlər Avropasında olduğu kimi.

Meydan TV