Kəmaləddin Heydərovun qaranlıq keçmişi – narkotik ticarəti, 3 aylıq həbs və erməni dost


7e5703425b2db494d6932378fc98ab52

2004- cü ildə həftəlik dərc olunan “Reallıq” qəzetində gedən bir məqalədə bu hadisə ilə bağlı geniş məlumat da dərc edilib. Qəzet həmin hadisənin qaranlıq tərəfinə aydınlıq gətirmək üçün hətta , Rusiyaya əməkdaşını ezam etdiyini və nazirin cinayət işini aparan prokurorun fikirlərini öyrəndiyini yazmışdı. Azerinews.tv həmin hadisə və başverən həbsin təfərrüatlarının maraqlı olacağını nəzərə alıb qəzetin araşdırma yazısına qayıdış edir. Bildirək ki, apardığımız araşdırmalar bizi daha ciddi faklarla üzləşdirdi. Əməkdaşlarımızın bir aya yaxındır ki, araşdırdığı bu hadisə ölkədə mühüm vəzifə tutan məmurlardan birinin əsl kimliyinə aydınlıq gətirməyə çalışacaq…

Tıkla oxu –   KƏMALƏDDIN HEYDƏROVLARIN ALMANYANIN DÜSSELDORF ŞƏHƏRINDƏ YENI HOLDINQI

Beləki, hazırda Azərbaycanda Fövqəladə Hallar naziri olan Kəmaləddin Heydərov 1991 –ci ildə Rusiyanın Kuzminsk vilayətində, Akademik Mil kücəsində yaşadığı mənzildə həbs olunur. Həbs zamanı K. Heydərovun məskunlaşdığı evdən çoxlu miqdarda narkotik vasitələr aşkar edilərək götürülür. Polisin axtarışından və nazirin dindirilməsindən sonra 3 aylıq həbs tədbiri həyata keçirilir. Kəmaləddin Heydərovun narkotik vasitələrin satışını təşkil etməsi və satması ittihamı ilə həbs olunmasından sonra Rusiyanın Kusminsk vilayət prokuroru şəbəkənin digər üzlərinin kimliyini araşdırır. Nəticədə 10-dan artıq nufuzlu şəxs həbs olunur və şəbəkənin yayınan üzləri barədə axtarış elan edilir. Prokurorluğun və polisin hərəkətə keçməsi şəbəkənin başında duran şəxslərinin kimliyinin üzə çıxmasına aydınlıq gətirməkdə idi.

Lakin hadisədən, yəni Kəmaləddin Heydərovun həbsindən bir ay keçməmiş Kuzminsk prokurorluğuna cinayət işinə xitam verilməsi barədə tapşırıq gəlir. Həmin tapşırığın Rusiyanın ali orqanlarından gəldiyinə şübhə qalmır. Belə ki, cinayət başında yaxalanaraq barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilərək barəsində şimal qonşunun cinayət məcəlləsinin 3 ağır maddəsi ilə cinayət işi açılan Kəmaləddin Heydərov dərhal azadlığa buraxılır.

Image result for heroin tutuldu
Hadisələrin bu cür inkşafı, müəmmalı şəkildə və cəmiyyətin diqqət mərkəzində olan cinayətin ört-basdır edilməsi “Reallıq” qəzetinin əməkdaşlarının marağına səbəb olur. Qəzet rəhbərliyi Rusiyadakı imkanlarından istifadə edərək baş verən hadisənin gizli məqamlarına aydınlıq gətirməyə çalışır. Qəzetin 1 aya yaxın davam edən araşdırmasından sonra məlum olur ki, Kəmaləddin Heydərovu həbsdən qurtaran Makaryan adlı erməni olur. Onun təzyiqi ilə K.Heydərovu həbsdən azad edən Kuzminsk vilayət prokurorluğu cinayət işinin istiqamətini dəyişir. Azərbaycanlı nazirlə yanaşı şəbəkənin daha vacib bir neçə üzvü də həbsdən azadlığa buraxılır.

Tıkla oxu –   AZƏRBAYCAN HAKIMIYYƏT DAIRƏLƏRINƏ AID 178 KILO HEROIN SAXLANIB
Bundan başqa qəzetin Kuzminsk prokurorluğunda cinayət işinə nəzarət edən prokurora verdiyi sorğuya aldığı cavabda isə Makaryanın hadisəyə müdaxiləsi təsdiqini tapır. Və bu araşdırmalar nəticəsində məlum olur ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov erməni Makaryanla narkotik ticarətində şərikdirlər. Onlar uzun illər bir yerdə kirli pulların qazanılmasında həmrəylik nümayiş etdirib və Rusiyada geniş narkotik ticarətini həyata keçirən şəbəkə formalaşdırıblar. Həmin şəbəkənin Azərbaycanda, İranda, Gürcüstanda, Ermənistanda geniş fəaliyyət göstərdiyi üzə çıxır. Narkotik biznesinindən gələn gəlirlər isə Kəmaləddin – Makaryan cütlüyünün yaratdığı digər biznes şəbəklərinə yönəldilir. Bu barədə də geniş məlumat verməyə çalışacağıq…
Erməni Makaryanın əslində kim olduğu və biznesdən başqa hansı sahədə fəaliyyət göstərdiyini araşdıran “Reallıq” qəzeti maraqlı faktlrla da üzləşib. Belə ki, qəzetin araşdırmalar nəticəsində məlum olub ki, Kəmaləddin Heydərovun dostu və şəriki olan erməni – Ermənistan Sahibkarlar İttifaqının rəhbəri Qaqik Makaryandır. Qaqik Makaryanın düşmən ölkədə böyük nufuz sahibi olduğu və Rusiyada yüksək vəzifə tutan oliqarxlarla dostluq etdir və nüfuzlu söz sahibidir. Kəmaləddin Heydərov isə hazırda da adıçəkilən şəxslə biznez fəaliyyətini davam etdirir.

Tıkla oxu –   Кто наркобарон №1 Азербайджана?
Xatırlayırsınızsa ötən il Azərbaycandan transit keçərək Gürcüstan Türkiyə sərhəddində Gürcüstan gömrükçuləri tərəfindən yaxalanan Azərbaycana məxsus olan 2 tondan artiq heroin yükün  və bu yaxın günlərdə yenidən Azərbaycan Gürcüstan Qırmız körpü keçid məntəqəsini yaxalanmadan keçərək Gürcustan Gömrükcüləri tərəfindən Azərbaycana məxsus oldugu bildirilən 178 kg artiq narkotik maddə heroinin məhz Kəmallədin Heydərovlarla  baglı oldugu iddia olunurdu.Narkotiklərin 356 briketdə qablaşdırıldığı bildirilirdi. Yükün İrandan Azərbaycan, Gürcüstan və Ukrayna vasitəsilə Niderlanda daşındığı qeyd edilirdi.
Onuda bildirək ki,  Kəmaləddin Heydərovun (bir vaxtlar Prezident yanında xüsusi idarədə cox yüksək vəzifələrin birini tuturdu )kiçik qardaşı Səməd Heydərov(qızılbaş Səməd deyə cagırılır) narkomandır və gündəlik heroin aludəçısıdır.