Ağıllı işadamı Azərbaycana investisiya qoymaz



Azərbaycan xaricdəki azərbaycanlı iş adamlarının ölkəyə yatırım qoymasını istəyir.Bu məsələ Dünya Azərbaycanlı İş Adamlarının oktyabrın 28-də Bakıda keçiriləcək forumunda müzakirə ediləcək.Bu haqda Diasporla İş üzrə Dövlət Komitəsi xəbər verir.

Əvvəla, istisnaları çıxsaq, xaricdə azərbaycanlı iş adamları varmı yoxsa  elə bu da əslində həmin  azərbaycanlı məmurların xaricə çıxartdığı pullardır və onları idarə edənlərdir?

Ən əsası, xaricdə pulu olan gətirib Azərbaycana qoyarmı? Niyə qoymalıdır?

 Azərbaycanda invesitisya şəraiti xaricdən yaxşıdırmı ki, pulu gətirib Azərbaycan qoysunlar?

“Xaricdəki iş adamlarının əksəriyyəti təbii ki, Azərbaycandakı oliqarxların pulu hesabına iş quranlardır. Amma təbii ki, onların içərisində öz hesabına iş quranlar da var. 

Hazırki vəziyyətdə heç bir ağıllı iş adamı Azərbaycana investisiya qoymaz. Ona görə ki, Azərbaycanda investisiya mühiti əlverişli deyil.