Vidadi İsgəndərli: “Ilham Əliyev hakimiyyəti mütəşəkkil,quldur hakimiyyətidir -Video


14590299_173370406444257_5413068363754203297_n

Tanınmış Hüquq müdafiəçısı Vidadi İsgəndərli ölkədə baş verən son proseslərlə baglı EuroAsiaNews Saytina müsahibə verib.

Müsahibəni  oxucularımıza təqdim edirik

Sual– Vidadi Bəy Hakimiyyət referendum aktınıda qəbul etdi . Sizin Buna münasibətiniz ?

Cavab- Referenduma faktiki heç kim getmədi. Ancaq nə fərqi ? Saxtakar kriminal hakimiyyət üçün bunun əhəmiyyəti yoxdur. Sabah İlham Əliyev desə ki, Qarabağı Ermənilərə veririk ,kriminal hakimiyyət seçkiləri saxtakarlaşdıraraq 98 % “leyhinə”səs verəcək. Kim müqavimət göstərsə , 11 sentyabrda Milli Şuranın möhtəşəm mitinqindən sonra törətdiyi repressiyaları ,bir daha  törədəcək. Fikir verin, anti-milli hakimiyyət bilirdi ki,müqavimət olmayacaq.

Anti milli Yap hakimiyyəti  Xalq Müqavimətini   11 sentyabrda görən kimi repressiyalara başladı və nəticəsidə oldu. Yəni müxalifət 24 sentyabr mitinqini təxirə saldı.

Sual-Vidadi Bəy !  Hakimiyyət Qarabağ və ətraf rayonları ermənilərə verə bilərmi.?

 Cavab– Mütəşəkkil cinayatkar quldur hakimiyyətinə sərf etmir ki, Qarabağ problemi həll olunsun. Bu onların ideyasına ziddir.

Sual- Nəcə yəni ziddir. Hakimiyyət Qarabağı azad etsə,bu onlara xalq arasında əlavə divident gəıtirə bilər. Və sülalə relimi ömrünü artıra bilər.

Cavab – Yox yanlış yanaşmadır. Əgər bu hakimiyyət kriminal olmasaydı siz deyən düz  olardı. Mən hüquqi və məntiqi formada öz xalqıma  sübut edirəmki, bu hakimiyyət Qarabağı və qəsb olunmuş ətraf ərazilərimizi azad edilməsində(hatta sülh yolu ilə) marağlı deyil.

Sual– Xahiş edirəm bu barədə  arqumentlərinizi bizimlə ,oxucularla da bölüşəsiniz.

Cavab– Heç kimə sirr deyil ki.(hətta dünyada mövcud olan bütün dövlətlərə) Azərbaycanda ,öncə Heydər Əliyev kriminal rejimin əsaslarını qoydu. Anti Milli İlham Əliyev isə bunun məntiqi davamı olaraq sözün əsil mənasında kriminal,anti-milli,korripsiyalaşmış,mütəşəkkil cinayətkar quldur hakimiyyəti formalaşdırdı. İndi fikir verin ,1993 cu ildən bu yana bu hakimiyət bütün seçkiləri total saxtalaşdırıb .

Bu muddətdə Azərbaycan xalqı ,faktiki bütün bu seçkilərdə müqavimət göstərsədə,hakimiyyət zorakı metodlarla xalq üsyanlarının qarşısını ala bilib .

Təsəvürünüzə gətirin ki, Qarabağ Azad edilib və ermənilər Qarabağda Əliyevin bu saxtakarlığına 10 minlərlə etiraz aksiyaları keçirdillər. İlham Əliyev nə edəcək ? Ramil Usubova yenə tapşırıq verəcək ki, ermənilərin üsyanını yatırdın? Zakir Qaralova da tapşırıq verəcək ki,saxta ittihamlarla 100 lə ermənini həbs edin?

Axı bu mumkün olmayacaq. Belə olan halda, bütün dünya ayaqa qalxar və ermənilərin “dövlətini” taniyarlar”. Odur ki, nə qədər ki, İlham Əliyevin diktaturası mövcuddur, Qarabağ problemi “dondurulmuş” vəziyyətdə qalacaq. Bunu İlham Əliyev də,ermənistanda da,digər maraqlı dövlətlərdə yaxşı anlayır.

TİKLA OXU – YAP HAKIMİYYƏTİNDƏKİ ERMƏNİ ƏSİLLİ MƏMURLARIN SIYAHISI

Sadəcə 22 ildir Əliyevlər -ermənistan rəhbərliyi ilə formal görüşlər keçirdillər ki, güya “sülh” yolu ilə bu məsələni həll edəcəklər. İndi mən oxuculara sual edirəm -neçə dəfə ermənistan rəhbərliyi bəyan edib ki, Qarabağ (və ətraf rayonları) heç vaxt Azərbaycan tərkibinə qatılmayacaq.?

Sadəcə bu anti milli  hakimiyyət xalqı “qanmaz” yerinə qoyub .Xalqın döyüş ruhunu öldürüblər.

Sual– Vidadi Bəy !- Bəs aprel döyüşləri…

Cavab– Bu Rusiyanın bir siyasi oyunu idi . Öncə qeyd edim ki, nə Qarabağ və ətraf 6 rayonu -ermənilər, nə osetiyanı-osetinlər,nə Dnepr yanı ərazini, nə də Ukraniya ərazilərini yerli ruslar almayıb

Bütün bu əraziləri Rus imperiyası zorla zəbt edib . Bu danılmaz faktır.

Sual– Onda elə çıxır biz ömürlük bu əraziləri itirmişik. ?

Cavab – Bu kriminal ,anti-milli hakimiyyətin hər gün mövçudluqu  torpağlarımızın itirməsini tezləşdirir. Qaldı ki,torpaqlarımızı azad edilməsi məsələsinə, bu mümkündur.Məntiqlə düşünürəm ki, birincisi torpağların Azad olunması ücün Azərbaycanda demokratik ,hüquqi dövlət qurulmalıdır . İzah edirəm ,hələ o vaxt siyasi sifarişlə mən həbs ediləndə, qanunsuz həbs edilməyimi az qala bütün dünya mətbuatı ilə yanaşı ermənistan siyasətçiləridə yazırdı.Onlar yazırdılar ki,azərbaycanda Söz azadlığına görə tanınmış hüquq müdafiəçisini həbs edirlər(mən tarixə azərbaycanda ilk qanunsuz həbs edilən və vicdan məhbusu elan edilən ilk hüquq müdafiəçisi olmuşam).

Məndən sonra bu hakimiyyətə hüquq müdafiəçiləri sözün əsil mənasında qanuni müharibə elan etdi. Nəticə etibarı ilə  hüquq müdafiəçiləri Leyla Yunus,İntiqam Əliyev,Anar Məmmədli və digərləri həbs edildilər. Hakimiyyətin hüquq müdafiəçilərinə və siyasi partiya üzvülərinə qarşı törətdikləri bu siyasi “terroru” bütün dünyada mənfi əks-səda verdi. Bundan başqa kriminal hakimiyyət xalqın müqavimətini qırmaq ücün, İlqar Məmmədovu, jurnalist Xədicə İsmayılı, Seymur Həzini,Müsavatın Başqan müavinləri Tofiq Yaqublunu,Fərəc bəyi, AXCR nın sədir müavini Fuad Qəhramanlını ,Nidaçıları,inançıl adamları , bir sözlə,hakimiyyətə qorxulu olan bütün şəxsləri,irqindən,dinindən,partiya mənsubiyyətindən asılı olmayaraq siyasi terror kursunu həyata keçirdir Siyasi terrora ən çox AXCP partiyasına məruz qalıb .

Rüfət Səfərov prokurorluqda işləyə -işləyə rüşvətə,.qanunsuzluqa etiraz etdi,korrupsiya .rüşvət yolu ilə millionlar qazanan ölkənin baş prokuroru Zakir Qaralov ona  9 il həbs cəzası verdirir. Prokurorluq orqanlarında ilk belə”üsyanı” mən hələ 2002 ci ildə qaldırmışdım . Nəticə etibarı ilə mən işimlə vidalaşdım . Bilirsinizmi  Qaralov və hakimiyyət niyə Rufətə bu ağır cəzanı verdilər?. Başqalarına dərs  olsun deyə ,yoxsa  ,hakimiyyət 20 qəpiklik “dondurma “”kimi əriyər.Hakimiyyət bununla bir tərəfdən öz çirkin məqsədlərinə çatır,xalqın mübarizə əzmini qırır. Ancaq o biri tərəfdən torpağları itirilməsində əhəmiyyətli rol oynayır.

Ancaq hakimiyyət torpaq itkisini hayında deyil. Onlara azərbaycanda mövcud olan sərvətləri talan etmək marağlıdır. . Bu xislət bütün kriminal hakimiyyətilərə xas olan bir xüsusiyətdir.

Sual- Vidadi Bəy ! Siz Əli İnsanovu qeyd etmədiniz?

Cavab– Bilirsiniz mən bu suala əslində yuxarıda cavab verdim . Mənim Akademik Əli İnsanova münasibətim birmənalı deyil. Əli müəllim bu kriminal hakimiyyətin əsaslarını qoyan şəxslardən biridir. Bütün bunlara baxmayaraq, o kriminal hakimiyyətin “konslaqerində” olmasına baxmayaraq, relimə qarşı barışmaz mübarizə aparır. Və biz də onun bu mübarizəsini alğışlayırıq. Fikir verin o 11 cəzasını başa vurdu,hakimiyyət onu “sindırmaq”. ücün yeni gülünc ittihamlar irəli sürdu.

Qeyd edim ki mən cəza çəkdiyim 14 cü konslaqer,Əli müəllimin konslaqerinə yaxın idi,dustaqlar onun mübarzliyindın mənə çox danışıblar. İnanmıram Əli müəllimi bu hakimiyyət sındıra bilsin . Əslində bizlər”sinmayanlar” hakimiyyəti öz əqidəmizlə sındırmışıq.

Sual– Vidadi Bəy ! Siz niyə bu hakimiyyəti,anti-milli,korrupsiyalaşmış,mütəşəkkil cinayətkar Quldur hakimiyyəti adlandırırsınız.?

Yaxşı sualdır. Nəhayət bir jurnalistin çəsarəti çatdı ki, bu sualı mənə versin . Dövlətin anlayışları var. Əgər dövət məmurları(prezident və digərləri) qanunla qarşılarına düşən missiyalarından yanaşı cinayət xarakterli işlərlə məşquldularsa., demək onlar cinayət törədirlər. Cinayət hadisəsinində hüquqdabunun  öz anlayışı var. Hüquqda belə anlayış yoxdur ki, sən dövlət məmurusansa cinayət törədə bilərsən . Bizdə isə tam əksinədir. İnsanlarda belə fikir formalaşıb ki, dövlət məmurusansa sənə cinayət törətmək olar,rüşvət almaq olar,xalqın sərvətini talamaq olar .

Deputat Qudrət Həsənquliyev dəfələrlə FH nazırı Kəmalləddin Heydərovun Strasburgda milyon dollarliq otelinin  və Almanyanın Duseldorf şəhərində Yeni holdiginin olması barədə şəxsən məndən mətbuata acıklama verməmı xahış etmişdır

Tıkla oxu –   KƏMALƏDDIN HEYDƏROVLARIN ALMANYANIN DÜSSELDORF ŞƏHƏRINDƏ YENI HOLDINQI

 

7e5703425b2db494d6932378fc98ab52

Bu ona görədir ki,Azərbaycandakı anti milli Yap   hakimiyyəti xaraktercə cinayətkardı. Bilirsiniz korrupsiya nə deməkdir? Təssüf edirəm ki,azərbaycanda 90-95 faiz insanlar korrupsiya sözünün mənasını belə dərk etmirlər. Oxucular başa düşsün deyə izah edirəm .Korrupsiyanın subyekti(yəni kim törədə bilər) dövlət məmurlarıdı,yəni dövləti idarə edən vəzifəli şəxslər) misal üçün prezident İlham Əliyev, nazirlər, Fazil Məmmədov,.Ziya Məmmədov,Ramil Usubov,Fikrət Məmmədov,Mədət Quliyev .Oktay Şirəliyev, və s. İcra Başçıları,komitə sədirləri(misal DKK sədri Aydın Əliyev) .Zakir Qaralov,və s.

Fazil Məmmədov Əliyevlər ailəsilə necə ortaq oldu? (Araşdırma)

TİKLA OXU – Zakir Qaralovun anasi ermənidir

Vidadi İsgəndərli- “Baş” prokuror Qaralov Zakir cinayətkardı 5 millionluq Moteli VİDEO

Korrupsiyanın əsas elementlərindən biri odur ki, bu bir mütəşəkkil cinayətkar şəbəkədir, bir biri ilə sıx əlaqələri olur.

Məsələn Qaralov Zakirin bir qohumu dövlət əmlakını talayır,Qaralov onu himayə edir. 2 ci əlamətləırindən biri odur ki. vəzifələrindən istifadə edib xalqın(dövlətin) əmlakını talayır,və bu talanmış əmlakın dəyərinin bir hissəsini piramida şəkilində ,korrupsiyanın başında durana anti milli liderə mütləq şəkildə ödəyir(ödəməsə mafiya qanunları ilə cəzalanır).

Misal üçün Səhiyyə naziriyinə səhiyyənin inkişafı ücün 200 million , nəqliyyat nazirliyinə 500 million pul ayrılır , bu pulların minimum 60 % geri qayıtmalıdır(Heydər fonduna ,prezidentin qara kassasına) və s.

Bir sözlə korrupsiya cinayət törətmiş şəxslərin biri-biriylə sıx əlaqəsini, və müdafiələrini təmin edilməsidir. Korrupsiya sistemdir. Hal deyil.

Misal. İcra başçıları torpaq satır,rüşvət alıb qərar verirlər . Toplanmış pulun əksər hissəsi prezident aparatına İlham Mehriban Əliyevalara və Ramiz Mehdiyevə  gedir,orada (fonda,qara kassaya) ,mənimsənilir.

Başqa formalarıda var. Yəqin bilirsiniz, prezident hər il bu və ya digər rayonların inkişafına. millionlarla pul ayırır. Bu pullar faktiki mənimsənilir.İcra başcıları düşürlər  əhalinin,və sahibkarların canına. Demək olar bütün Heydər Əliyev muzeyləri,parkları,mərkəzləri belə tikilib.

Oxuculara sual edirəm ,bu günə qədər neftdən 20 ildə 500 milliardan çox azərbaycan büdcəsinə pul daxil edilib .Təxminən 300 millard dollar talan edilib. Bir adam məsüliyyətə cəlb edilibmi.? . Dahi bir sual . 9 million xalqdan 1 nəfər belə xalqın nümayəndəsi neftdən xeyir görübmü.? (ancaq ermənilər xeyir görur) Misal üçün İranın 70 milliondan çox əhalisi var,iqtisadi blokadada olmalarına baxmayaraq,hər bir İran vətəndaşına neftdən gələn gəlirdən 100 dollar,(bizim pulla 300 manat) pul verilir. Azərbaycanda bütün nazirlərin ,xaricdə millionlarla dəyərində villalari,mülkləri.zavodları,fabrikləri var , ofşar zonalarında ,rəsmi məlumata görə 120 milliard pul mənimsınilib qoyulub . Məsüliyyət varmı ?.

Cünki, Azərbaycanda korrupsiya dövlət sistemidir. Yəni dövlət başçısınin qurduqu sistemdir. Onlar birlikdə cinayət törədirlər deyə ,mütəşəkkillik var. Mütəşəkkilik korrupsiyanın elementlərindən biridir. Niyə anti-millidir.? Azərbaycan dövlətinin Konstitusiyasına görə ,yer altı,yer üstü sərvətlər xalqa məxsusdur. Əgər dövlət səviyyəsində xalqın sərvətləri talanırsa,onda hakimiyyət olur anti milli.

Quldur hakimiyət niyə görədir? Quldurluq cinayəti aşkar törətməkdir. Qızıl,gümüş yataqları kimindir ?Xədicə İsmayil bu faktları mıtbuatda dərc etdi. Nəticədə ,onu dərhal həbs etdilər. İndi yenə mənim həbsim gündəmdədir.

Mən həbsdən azad ediləndə Qüdrət Həsənquliyev siyasi faişəlik edərək məni ziyarət etdi. Bilirsiniz o mənə nələr danışırdı. ?(bu ayrı mövzudur,açıqlayacam) ,deyirdi sən kiminlə mübarizə aparırsan? İlham Əliyev beynəlxalq mafiyanın xoşməramlı üzvüdur. Onun qara kassası var. Kassaya daxil olmuş pullardan beynalxalq mafiya fonduna hər il pul keçirdir(həm də bəzi dövlət başçılarına, russiya),bəzi beynalxalq təşkilatlara(deputat Elxan Süleymanovun əli ilə) .Onun sözlərinə görə deputat Elxan Süleymanov hətta müşahidəçiləri “faişə ilə” təmin edirmiş(həmçinin qara kürü ilə).

Image result for Elxan Süleymanov

Tikla oxu Qudrət Həsənquluyevin milyonluq villası

“Qara Kassaya” pulu ən çox Ziya Məmmədov keçirdir (Qüdrət Həsənquliyevin deməsinə görə) .

Image result for qudret hesenqulu

Mən 14 kalonda cəza çəkəndə ,kolonda 18-19 yaşlı yüzlərlə məhkum var idi ki, 5 manatlıq kontur oğurluğu üstündə 6-7 il cəza almışdılar. Fikir verin millyardlarla xalqın sərvətini talayanlar şah kimi yaşayır. Amma 5 manat üstündə 6 il cəza  cəkirlər

. Sual– Ölkənin baş prokuroru Zakir Qaralov axı hər il hesabat verir ki, korrupsiya cinayəıtlərinə görə 50-100 şəxs məsüliyyətə cəlb edilib . Bu barədə nə diyə bilərsiniz?

Cavab– Görün o hesabatda bir vəzifəli şəxs var , Müəllim, jek  mühəndisi,nə bilim gəmidə motros, və s.

Hüquq müdafiəcisi kimi  mənim icratımda bir ərizə daxil olmuşdur. Ərizədə Qaralovun özünün korrupsiya cinayətləri barədə rəsmi məlumat var idi. Diqqət edin , ölkənin baş prokurorluqu ,korrupsiya qarşı mübarizə idarəsi tikdirir,ancaq bu idarəni inşa edən vətəndaşların  pulunu Qaralov mənimsəyir.Bu işlə baglı şikayət  ərizəsini   56 dəfə Qaralova göndərdim . Fikir verin baş prokuror özünün cinayətləri barədə rəsmi ərizəni vergi idarəsinə göndərir. Bu yaxınlarda Qaralov mənim bir yaxın qohumumu Məhəmmədəli Qədirov adlı şəxsi həbs etdirib .

İsmət Abbasova məxsus 1 saylı zavoddan 10 million dövlət əmlakının mənimsəməsi baş verir. Məhəmmədəli Qədirov  bu barədə rəsmi Baş prokurora şikayət edir . Korrupsiya idarəsi onu həbs edir(bu da ayrı mövzudur,açıqlama olacaq).Demək istəyirəm ki, korrupsiya cınayətləri üstündə həbs etmək lazım olsa ,baş prokuror Qaralov Zakiri həbs edıb ,ən az onu korrupsiya yolu ilə qazanmış  milyardlarla manat pula görə ittiham edib ,ömürlük həbs vermək  olar. Bütün bu dediklərim təksib edilməz faktır. Fakt odur ki,antimilli  Əliyevlər Azərbaycanda,mütəşəkkil cinayətkar,anti-milli quldur hakimiyyəti qurdular. Oxucalar sual edirəm, 25 % toppaqları ,müstəqillik ugrunda 10 minlərlə şəhid ona görə verdik ki, cinayətkar bir qurluş quraq? Yox belə getməz.

Xalqın əqidəsi,müqavimət göcü zorlanıb . Ancaq tarixdə hələ elə bir avtoritar rejim olmayıb ki, xalqın iradəsini qırsın . Günü -gündən Azərbaycanda sosial gərginlik artir .böhran get-gedə kəskinləşir. Azərbaycanda “acların” üsyanı qaçılmazdı. Ən qorxulusu isə budur .

Çünki, aclar üsyan edəndə ,qarşısına çıxan hər bir varlı məmuru ,sadəcə məhv edəcək. Bununda təğsiri bugünkü Əliyev rejimidir. Onlar xalqın hakimiyyətini qura bilmədilər. Qurduğları ,anti-milli,korrupsiyalaşmış ,mütəşəkkil cinayətkar Quldur hakimiyyəti oldu.

Biz isə(xalq) mütləq demokratik,hüquqi döblət quracağıq. Bu tarixın qanunudur .

Müsahibəni ardı var

Məmməd Məmmədov   EAN-nın xüsusi müxbiri