Rejimi yemləyən bankirə hökm oxundu


ac27e36c9a52284ceeea55aac189a268

«Beynəlxalq Bank işi üzrə həbs edilənlərə hökm oxunub.

Hökmə əsasən:

ABB keçmiş sədri  Cahangir Hacıyev – 15 il azadlıqdan məhrum edilib.Bu işlərdə kilit açar rolu oynamış əsas figur Maliyyə Naziri Samir Şərifov isə hələki anti milli Əliyev rejiminin dəstəyi sayəsində   istintaqa cəlb olunmur

Image result for ABB keçmiş sədri Cahangir Hacıyev

– Bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev – 6 il 5 ay şərti cəza (məhkəmə zalından azadlığa buraxılıb);.

– «Inter Security» MMC-nin direktoru işləmiş İbrahim Hüseynov – 8 il;

– Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov – 8 il 6 ay;

– Bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov – 7 il 23 gün (ev dustaqlığında idi);

– Bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov 7 il 6 ay (ev dustaqlığında idi);

– Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov – 10 il 11 ay (ev dustaqlığında idi – məhkəmə zalında həbs olundu);

– Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov – 7 il 6 ay (ev dustaqlığında idi) müddətinə azadlıqdan məhrum edilib..

Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə önünə çıxarılıb. Onlar mütəşəkkil dəstə kimi, külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri ilə ittiham edilirlər.

Prokuror Cahangir Hacıyevə 17 il həbs cəzası istəmişdi.