Goranboyda Xalqı təhqir edən hakimiyyət nümayəndəsi (Video)


Redaksiyamizin elekton ünvanına gecə saatlarında video məlumat  daxil olmuşdur.

Əldə etdiyimiz  video məlumatda   Goranboy rayonun Zeyvə kəndinin icra nümayəndəsi  ,sakinlərin problemini dinləmək əvəzinə onlara qarşı  güc işlətməsi, qadınların yanında heç nədən cəkinməyərək hər kəsi əxlaqsız formada etikaya yaraşmayan söyüşlərlə təhqir etməsi  açıq aşkar görünməkdədir 
Görünən odur ki harınlamış  hakimiyyət nümayəndəsi etdiyi hərəkətə görə  cəzasız qalacagından cox arxayındır.Hakimiyyət nümayəndəsinin bütün hərəkətlərində acik aşkar cinayət tərkibi vardır(Hədə qorxu gəlmə , qatı xuliqanlıq,vəzifə səlahiyyətlərini aşma ,təhqir ,təhdid ).Sosial şəbəkələrdə geniş narazı müzakirələrə səbəb olan video görüntünü  bir necə saat ərzində  60 mindən cox insan izləməsinə baxmayaraq ,hakimiyyət rəsmləri bununla baglı acıklama vermək istəmirlər 

Bu arada Göranboy rayon İcra Hakimiyyəti , Prokurorluq, Polis idarələriylə   əlaqə saxlamaga çalışsaqda adı çəkilən qurumlardan heç kim telefon   zənglərimizə cavab vermədi

Mövzunu davam etdirəcik

EAN