Azərbaycan Xalqına məxsus milyardları ofşorlara daşıyan Anar Əliyev(araşdırma)


aa1

Azərbaycan Beynəxalq Bankının həbsdəki rəhbəri Cahangir Hacıyevin 5 milydarını offşor zonaya köçürən, hazırda Lüksemburqda yaşayan adamı Xaqani Bəşirovun prototipi SOCAR-da da var imiş.

SOCAR-ın X.Bəşirov qədər sirr dolu şəriki Rovnəq Abdullayevin yaxın qohumu Anar Əliyev analoji siyasəti xaricdə həyata keçirir.

Tikla bunada bax        Rövnəq Abdullayevin Socardakı korrupsioner şəbəkəsı.Faktlar

SOCAR-ın  Anar Əliyevin şirkətləri ilə əməkdaşlıq sayəsində  milyardlarla neft pulları ölkədən çıxarılır.
Dövlət Neft Şirkəti xaricdə mənzillənmiş Anar  Əliyevin başı üstündə əsir, onun üçün dəridən-qabıqdan çıxır, bu mübhəm iş adamını hərtərəfli mühafizə edir, informasiya blokadası qurmağa cəhd edir.

img_0078

Məqsəd onu kifayət qədər ictimaiyyətdən gizlətmək və beynəlxalq diqqətdən kənarda saxlamaqdır. Baxmayaraq ki, SOCAR buna bir o qədər də nail ola bilməyib.
Çünki Global Witness şirkəti A.Əliyevin portretini çılpaq şəkildə çizib və onun fəaliyyətinin bütün şaxələri təfsilatı ilə açıqlanıb. Bununla belə, A.Əliyev gündəmdən çıxarılıb. Ondan pıçıltı ilə danışırlar.

SOCAR Trading SA korrupsioner Anar Əliyevin SOCAR-la ümumi biznesinin yalnız bir elementidir.

SOCAR Anar  Əliyevi mühafizə etməkdədir. Çünki Anar Əliyev SOCAR Prezidenti Rövnəq Abdullayevin yaxın qohumudur .Hələ 2 il öncə məlum olmuşdu ki, SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən şirkətlərlə Anar Əliyev adlı şəxsin bağlılığı var. Və bunlardan yalnız birində Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan Socar Trading SA şirkətindən Anar Əliyevin qazancı 200 milyon dollardan artıq olub.

Ümumiyyətlə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft istehsalından tutmuş onun satılmasına qədər işləri bir neçə özəl ortaqla paylaşıb.

Bu işlər paylaşarkən tenderlər keçirilməyib və Azərbaycan neftindən özəl ortaqların hansı məntiqlə seçilməsi müəmma olaraq qalır.

Mətbuatda gedən xəbərlərə görə, SOCAR-ın 2012-ci ildə potensial investorlar üçün hazırladığı bond prospektində deyilir ki, ARDNŞ «iki beynəlxalq tərəfdaşı ilə birgə» Maltada Supra Holding şirkətini qeydiyyatdan keçirib.

Bunada bax        Neftin satişından hər bareldən 1 dollar Rövnəq Abdullayevindir

SOCAR-ın web səhifəsində həmin şirkətin nizamnamə kapitalının cəmi 5 milyon dollar olduğu göstərilib. Həmin şirkətsə öz növbəsində 2008-ci ildə Socar Trading SA şirkətini yaradıb ki, Azərbaycan neftinin xaricdə bazarlanması ilə məşğul olsun.

Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əlaqələr Departamentinin xarici bazara çıxardığı xam neftin nə az, nə çox, 60 faizini məhz SOCAR Trading SA satırmış (Mənbə: Socar Bond Prospekti).

Bu əməliyyatlardan SOCAR Trading SA təkcə 2010-cu ilin yanvarından 2011-ci ilin iyununa qədər 128 milyon AZN mənfəət götürüb. Bu məbləğin sadəcə 50 faizi SOCAR-a qalıb. Qalanı digər payçılar arasında bölünüb.

SOCAR Trading SA  Anar Əliyevin SOCAR-la ümumi biznesinin yalnız bir elementidir. Global WItnessin araşdırmasında Heritage General Trading FZO ilə SOCAR-ın ümumi biznesinin daha geniş olduğu göstərilir.

2 il öncə SOCAR-la bağlı ortaya çıxmış araşdırmanın yanında mənimsənilən 20 milyon qəpik-quruşdur. Bu araşdırma göstərirdi ki, Azərbaycanın neft milyardları müxtəlif adlar altında ölkədən çıxarılır.

.