Azərbaycan brendi də ciddi dəyər itirib və 28% geriləmə göstərərək sondan 5-ci yerə düşüb.


379a6eda-9199-4635-90b0-40d6a06ff14b_w610_r1_s

Ölkənin milli imicinin həmin ölkədə yerləşən brendlərə (markalara) və iqtisadiyyata təsiri danılmazdır. Dünya bazarında bu, hər bir dövlətin ən mühüm üstünlüklərindən biridir. O, ölkəyə investisiya gətirir, ixracata dəyər qatır, turistləri və bacarıqlı miqrantları ölkəyə cəlb edir. “Brand Finance” konsaltinq şirlətinin builki “Nation Brands” (“Milli Brendlər”) hesabatında güclü milli brendin verə biləcəyi üstünlüklərdən söz açılır

Azərbaycan brendi də ciddi dəyər itirib və 28% geriləmə göstərərək sondan 5-ci yerə düşüb. Buna həm Aprel ayında Qarabağ münaqişəsinin canalanması, həm də ölkənin insan hüquqları sahəsində ciddi tənqid atəşinə tutulması səbəb olub. Milli brend ümumi cədvəldə hələ də nisbətən reytinqli olsa da, brendin “dəyəri” 41 milyard dollardan 29 milyarda düşüb.

Qonşu Suriyadakı müharibənin acı təsirlərini görən ölkələrdən biri də Türkiyədir. Ancaq bu il baş vermiş uğursuz çevriliş cəhdi daha güclü effekt verib. Çevriliş cəhdi və onun ardınca baş verənlər şirkətlərə, universitetlərə və vətəndaş cəmiyyətinə təsir edib. Bu isə bəzi investorlar üçün qeyri-müəyyənlik mühiti deməkdir. Bu mənada Türkiyənin milli brendinin bu il bütün ölkələrdən daha sürətlə zəifləməsi təəccüblü deyil. Ölkənin milli brendi 474 milyon dollar dəyər itirib ki, bu da 29% eniş deməkdir.