Türkiyə  Kürdləri hədələdi : Kürdlər vurulacaq 


Türkiyə Silahlı Qüvvələrinin ağır artilleriyası və tankları  Hatay vilayətindən Suriya ərazisinə daxil olub.Bildirilir ki, bölgədəki Kürd silahlı birləşmələri -YPG  Əl Bab bölgəsinə doğru irəliləsə, Türk ordusu dərhal  quru əməliyyatlarına başlayacaq.

 

 Türkiyə ordusunun 9 tankı artıq Suriya ərazsinə daxil olaraq döyüşə hazır vəziyyətə gətirilib.

 

YPG-nin Əl Baba mümkün hücumunu dəf etmək üçün Azad Suriya Ordusu (ASO) da hazırlıqlara başlayıb. Əməliyyatlar başlasa, həm ASO, həm də Türk tankları Afrinə doğru cənubdan zərbə vuracaq.

 

Xatırladaq ki, bir neçə gün öncə Türkiyə F16 döyüş təyyarələri Suriyanın Hələb şəhərinin Hoşi bölgəsində YPG mövqelərinə hava zərbələri endirib. Nəticədə 200 yaxın YPG üzvü həlak olmuşdur .