Razi Nurullayev :Büdcəni talayanlar  kiçik problemin öhdəsindən gələ bilmirlər


“Binəqədi şosesi hələ də bərbad vəziyyətdədir. Bu yol hər il təmir olunub, pullar silinib, problem həllini tapmayıb. Yağış yağan bir həftədir, şose dənizi xatırladır. Bu qədərmi acizlik, bu qədərmi fəaliyyətsizlik? Bir yolun suyunu təmizləyə bilməyənlər digər problemləri necə həll edə bilərlər?”

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib. AXCP sədri ciddi müzakirə və ciddi dəyərləndirməyə ehtiyac olduğunu deyib:“Qom-qom rüşvət ala bilirlər, bəy-xan kimi yaşaya bilirlər, büdcə pullarını özlərinə həyat qurmağa sərf edirlər, amma problem yarananda xalqın qəzəbini soyutmaq üçün kiçik bir problemin öhdəsindən gələ bilmirlər. Ayıbdır,vallah ayıbdır