Eks Spiker ABŞ -da keçiriləcək Prezident seçkiləri haqda yazdı


8 Noyabr ABŞ-da böyük seçkilər günüdür. Aşağı palatanın 100, Senatın 30 faiz deputatları yenidən seçiləcək. Ən əsası belə bir mürəkkəb zamanda kimin prezident seçiləcəyi Amerikadan çox dünya üçün çox böyük əhəmiyyət kəsb edir. 

ABŞ prezidenti səlahiyyətlərinə görə dünyanın ən güclü, söhbət demokratik ölkələrdən gedir (məsələn, Fransadan) prezidentidir.

 Ancaq prezident konqressiz heç bir mühüm qərarlar qəbul edə bilməz. İlk dəfə ABŞ-da xalq iki sevmədiyi namizəddən birisini seçməli olacaq. İlk dəfə prezidentliyə namizədlərin proqramlarında üst-üstə düşən variantlar yoxdur. İstər daxili istər xarici siyasət proqramları fundamental fərqlənirlər. 

Çox ehtimal (90 faiz) daha praqmatik Hillari Klinton radikal Trampı udacaq. Trampın xarici siyasəti uzun-uzadı dediklərini cəmləşdirsək izoliyasiya siyasətidir. Amerikada belə bir siyasət həm 19, həm də 20 -ci əsrdə olub 1-ci və 2-ci dünya müharibələri ilə qurtarıb. Trampın daxili siyasəti isə vergiləri azaltmaq hesabına transkontinental ABŞ firmalarını yenidən ölkə daxilində cəmləşdirməkdir. 

Əvvəlcədən qeyd edim ki, Tramp qalib gələrsə, proqramının heç 20 faizini yerinə yetirə bilməz. Konqres imkan verməyəcək. Klinton isə qalib gəlsə, Obamanın apardığı siyasəti davam etdirəcək, yəni radikal dəyişiklər gözləmək lazım deyildir.

 Azərbaycanala əlaqədar siyasət dəyişməyəcək. Bir daha ,xalqın iştirakı olmadan heç bir dövlətin azərbaycanlılara kömək edəcəyini gözləməyin abdallıq olduğunu xatırlatmaq istəyirəm

Rəsul Quliyev