Eks Spiker:Azərbaycanda hakimiyyət zorakılığı ifrat səviyəyə çatıbdır


Azərbaycanda hakimiyyət zorakılığı ifrat səviyəyə çatıbdır. Əliyevin heykəlinə ‘’gül bayramınız əvəzinə qul bayramınız mübarək ‘’ yazan iki gəncdən birinə 10 il həbs cəzası verdilər. Bu hökümət və onun başçısı tam mənada abırlarını itirmiş, xalq qarşısında məsuliyyət və qorxu hissindən məhrum olmuşlardan ibarətdirlər və elədikləri əməllərdən heç vaxt utanmayacaqları göz qabağındadır.

Heç sovetlərin idolu olan Leninin mavzoleyinə edilən ciddi qəsblərə görə belə ağır cəzalar verilməmişdi. 1989-cu ildən sonra isə mavzoleyi təhqir edənləri maksimum 15 gün zindanda saxlayırdılar. Azərbaycanın özündə belə 1996-cı ilə qədər nə Vəzirov, nə Mütəllibov nə də Elçibəy idarəçiliyi dövründə məhkəmələr belə həyasızlığa yol verməzdilər. Ciblərə qumbara və ya narkotik maddı qoyub, evlərə silah və narkotik maddələr atmaqla həbs etmələrin yaradıcısı H.Əliyev icraçısı Usubovdur. 

Ancaq 1996-cı ilə qədər mən bu həyasızlığın tuğyan etməsinin qarşısını qismən ala bilirdim. Sonralar ölkədə şəxsən nazirlərin rəhbərlik etdiy hökümət bandaları yarandı. Siz, ata- bala Əliyevlərin tapşırığı ilə adam öıldürmək, mülkiyyət mənimsəmək, kimlərinsə bizneslərini əlindən zorla almaq kimi iyrənc cinayətlər törədən DİN –nin H.Məmmədov, MTN-nin Çovdarov bandalarının əməllərindən xəbərdarsınız. Bu adamların həbs olunmaqlarının səbəbi tapşırıq yetirməkdən çox ölərinin mənafelərinə işləməkləri oldu.

Siz diqqət yetirin 10 il həbs cəzası verilmiş Qiyas İbrahimovun 21 yaşı var. Yəni o anadan olanda H.Əliyev artıq 2 il idi işləyirdi. Əliyev oğul hakimiyyəti ələ keçirəndə Qiyasın cəmi 8 yaşı var idi. Qiyas aktiv fəaliyyətə maksimum 17 yaşında yəni 4 il bundan öncə başlaya bilər. O dövrdə ki, prezident Əliyev heç bir xəcalət çəkmədən Azərbaycandakı inkişafı fenomen inkişaf adlandırırdı və özü özündən bəlkə bir az yavaşlayaq xahişini edirdi. Qiyası müxalifət partiyalarına xüsusilə Xalq Cəbhəsi Partiyasına bağlamaq mümkün deyildir. Çünki bu gənc sırf Əliyevlər rejiminin yetirməsidir, onların dövründə uşaq baxçası, orta məktəb və instituta gedibdir. İndi bu oğul Əliyev özündə cəsarət tapıb nə üçün atam rəhmətə gedəndə 8 yaşında olan bir uşaq 10 mayı gül bayramı yox qul bayramı hesab edir sualını vermir.Qiyasın anasının sözünə qüvvət olaraq soruşuram, görəsən cənab Əliyev bilir 16 -25 yaşlı gənclərin sayı Azərbaycanda təxminən 900 mindir. Qiyasın anasının mənim oğlumun tərəfdarları və davamçıları var onlardan qorx deyəndə Əliyev fikirə gedirmi. Fikirimcə əsla. 

O əmindir ki, xalqı cilovlayıb belinə minib və hara istəsə, nə vaxt istəsə çapacaq,ona görə o xanımın dediklərindən heç xəbər belə tutmayacaq. Bu insannın düşünmək, analiz etmək qabiliyyəti sıfırdanda aşağıdır. Belə olmasaydı bu şəxs necə Ağcabədidəki çıxışında gələsi il (yəni 2017-ci il) pambıq təsərrüfatında 100 min iş yeri açacayıq deyərdi. Kənd təsərrüfatından başın çıxmaya bilər, mühəndislik məntiqində yoxdur, iqtisadiyat və finansa gələndə heç özünün korrupsiya rüşvətlə yığdığın pulun hesabını bilmirsən, ancaq elementar uşaq məntiqin olsa bilərsən ki 100 min adamın maaşını vermək üçün azı əlavə 1 milyon ton pambıq yığılmalıdır. 13 ildir hakimiyyətin başında oturmusan hələdə anlamırsan ki, neftin qiymətinin artmasından gələn pul fenomen inkişaf deyildir və sənin yavaşdamağına ehtiyac yoxdur iqtisadiyyat özü yavaşdayacaq.

900 minlik gənclik ordusunun neçə faizi Qiyas kimi gül bayramına qul bayramı deyir, öyrənmisən. Kimdən öyrənəcəksən ətrafında yığdığın əbləhlər artıq sənidə bütləşdiriblər və sənin övladını gələcəkdə şah, öz övladlarını imtiyazlı kölə görürlər. Ancaq 900 minin azı 40 faizinin Qiyas kimi olduqlarına şübhən olmasın. Vəziyyət bir qədər çalxalananda yerdə qalan 60 faizdə Qiyas kimilər tərəfinə keçəcək.
Xalqın günü gündən ağırlaşan vəziyyətini görmürsən. Sən vətəndaşları ac olanda öz boğazından çörək keçməyən liderlərdən deyilsən və heç o barədə düşünə belə bilmirsən.Ömrü boyu normal təhsil almayan, öz əməyi ilə bir tikə çörək qazanmayan , başqalarının necə yaşamasından xəbəri olmayan bir insanın bütöv bir xalqın dərdini çəkəcəyinə inanları ancaq əbləh adlandırmaq olar.

Bir daha papağını qarşına qoyub fikirləş. Özünün qavramaq səviyyən aşağıdır ,Ağcabədəki xanımın mən oğul Əliyevi prezident görmək istəyirəm səviyyəsindədir. Bu günkü Azərbaycanın a) ərazi bütövlüyü b) iqtisadiyyat və maliyə c) təhsil və səhiyyə d)total yoxsulluğun qarşısını almaq və sair problemlərinin heç birini həll etmək qabiliyyətinə malik deyilsən ,çünki o problemlərdən xəbərin yoxdur. Özün fikirləşə bilmirsən ətrafındakı azdan çoxdan ağıl sahiblərini topla , onları qorxutma, məsləhətlərinə qulaq as və diktatorluqdan əl çək. Dünyada yeganə bir ölkə Şimalı Koreya təcrübəsini qəbul etmə, azərbaycanlılar koreyalılar deyildir. Şimalı Koreyada dinastiya hakimiyyəti 1950-ci ildən ələ keçirib və artıq 66 ildir xalqının başına oyun açır. Sizdə hakimiyyəti 1970-dən ələ keçirmisiniz.Artıq 46 ildir bu milləti ağlar vəziyyətə gətirib çıxarmısınız.
Bəsdir deməyin vaxtı çatıb.