Dilqəm Əsgərovun oğlu: “Ölsəm belə, atamı görməyə gedəcəm


Artıq 3 ilə yaxındır ki, erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov çarəsiz durumdadır.

Bu haqda modern.az-a danışan girovun oğlu rəsmi qurumların məsələyə laqeydliyindən narazılığını ifadə edib:

“Uzun müddət ki, atamdan nə normal xəbər alıram, nə də hansısa qurumun normal iş həyata keçirdiyini görürəm. Ayda bir dəfə məktub gəlir, onu da kimin yazdığını bilmirəm artıq. Bu belə davam edə bilməz”.

K.Əsgərov sonunda ölüm olsa da, atasını görməyə gedəcəyini deyir:

“Əgər bacarmırlarsa, mən özüm atamın arxasınca gedəcəm. Ermənilərdən də qorxmuram. Sadəcə? bizimkilər imkan versin ki, mən ora gedə bilim.

Tək Kəlbəcərdən yox, Qarabağdan-Ağdam, Qubadlı, Zəngilan, Laçın rayonlarının hərəsindən 2-3 könüllü olsa, yığışıb Kəlbəcərə gedəcəm. Sonunda ölüm varsa belə, atama qovuşmaq istəyirəm”.

2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadliqdan məhrum edilib