Üç xarici şirkət bağlandığını elan edib


508f1947-aa7c-4289-abc6-f320e86233ff_w987_r1_s

Azərbaycanda  daha üç xarici şirkət filial və nümayəndəliyinin bağlandığını elan edib və Azərbaycanı tərk ediblər 

Britaniyanın “Vipro UK Limited” şirkətinin filialı Bakıda 2005-ci, Avstriyanın “Vamed Engineering GmbH” şirkətinin filial 2008-ci ildən fəaliyyət göstərib. “Asia Central Trading Limited” şirkətinin nümayəndəliyi 15 illik fəaliyyətdən sonra bağlanıb.

“Vamed Engineering GmbH” şirkəti səhiyyə müəssisələrinin tikintisi, təchizatı və menecmenti üzrə ixtisaslaşıb. O, «FRESENIUS» alman tibb-texnologiya konserninə daxildir. Bu şirkətin səhiyyə layihələrinin həyata keçirilməsində iştirakı barədə məlumat verilmir.

EAN