UNESCO: “Son 10 ildə Azərbaycanda 3 jurnalist öldürülüb”


 

Ötən onillikdə 700 jurnalist peşə fəaliyyətinə görə öldürülüb. Bu cinayətlərin 10-dan 9-u cəzasız qalıb. Noyabrın 2-si “Jurnalistlərə qarşı cəzasız cinayətlərə son qoyulması günü”kimi qeyd edilir.

UNESCO öz hesabatında xəbərdarlıq edir ki, cəzasızlıq insan haqlarını kobud şəkildə pozmaqla, korrupsiya və cinayətlərə yol açmaqla bütövlükdə cəmiyyətləri məhvə aparır. Son 10 ildə Azərbaycanda 3 jurnalist öldürülüb:

“2006-cı ildə Monitor jurnalının təsisçisi və Baş redaktoru Elmar Hüseynovevinin qarşısında qətlə yetirilib. Başqa bir – yazıçı, jurnalist Rafiq Tağı isə evinə gedərkən yolda bıçaqlanıb, xəstəxanada keçinib. Ötən ilsə jurnalist Rasim Əliyev futbolçu Cavid Qurbanov haqda Facebookda yazdığı statusdan sonra futbolçunun yaxınları tərəfindən döyülüb, onun da həyatını xilas etmək mümkün olmayıb.

Hökumət rəsmiləri Azərbaycanda medianın durumu haqda səslənən iddialarla razılaşmır. Cəzasız qalan cinayətlərə gəldikdə isə bununla bağlı araşdırmalar aparıldığını bildirirlər.

Bu arada «Sərhədsiz reportyorlar» təşkilatı da «Mətbuatın düşmənləri» adlanan siyahısını açıqlayıb. Siyahıya Azərbaycan prezidenti İlham Əliyevin də adı salınıb. Hesabatda deyilir ki, Azərbaycan hökumətini tənqid edənlər polis və təhlükəsizlik orqanlarının təqibinə məruz qalır. Bundan ötrü şantajdan, jurnalistlərin şəxsi həyatına aid videoçəkilişlərdən, vergi ödənişindən yayınma, narkomanlıq və xuliqanlıq ittihamlarından istifadə olunur.